Bağırsaqlar bədənimizin mühüm üzvlərindən biri sayılır ki, sağlamlığımızla birbaşa əlaqəsi vardır. Bu üzvün sağlam olması üçün yemək tərzimizə diqqət etməliyik. Bağırsaq xərçənginin əsl səbəbi - sağlam olmayan qidalanma, köklük və hərəkətsizlikdir. Bir çoxlarımız bunu yaxşı bilirik ki, sağlam olmaq üçün hərəkət etmək lazımdır. Həmçinin bunu da unutmayaq ki, hərəkət etmək qədər də yeməklərimizə diqqət etməliyik. İnsan gərək sağlamlığına ziyan vuran qidalardan uzaq olsun. Ona görə də bəzi tövsiyələrimizə diqqət edin. 1. Kolbasa və sosiskadan uzaq olun. Bu qida bədəninizə ziyanlı nitratlar və nitritləri daxil edər. Bundan başqa, kolbasa istehsalında rəngləyicilərdən, mikrob əleyhinə dərmanlardan, dadvericilərdən istifadə olunur ki, sağlamlıq üçün təhlükəlidir. Tədqiqatlar göstərmişdir ki, kolbasanın tərkibində olan nitratlar xərçəng yaradan amilə çevrilir. Ona görə də həkimlər kolbasadan bu qədər uzaq olmağı tövsiyə edirlər. 2. Qırmızı ət. Bəzi tədqiqatlar göstərir ki, qırmızı əti çox qəbul etmək bağırsaq poliplərini meydana gətirər ki, bu da xərçəngə çevrilər. Hətta toyuğu və balığı da həddən artıq istifadə etmək həmin problemlərə gətirib çıxarda bilər. 6 il ərzində 32000 nəfər üzərində aparılan tədqiqatlar göstərmişdir ki, o kəslər ki, qırmızı əti, toyuq və balığı çox istifadə edirlər, başqaları ilə müqayisədə üç dəfə daha çox bağırsaq xərçənginə düçar olurlar. Halbuki bu ətləri lobya, noxud və mərci ilə əvəz etsələr, bu risk 50% azala bilər. Bunu unutmayaq ki, insan həftədə iki dəfə qırmızı ət yeməlidir. Əti seçən zaman onun təzə və orqanik olmasına diqqət edin. Həm də bunu nəzərə alın ki, qırmızı əti yüksək dərəcədə uzun müddət qızartmaq da xərçəng üçün şərait yaradar. Çünki ətin tərkibində olan amin turşuları yüksək dərəcədə heterosiklik aminlərinə çevrilər. Bu maddə də xərçəng riskini artırar. 3. Qızardılmış kartof. Çips və ya qızardılmış kartofun tərkibində akrilamid maddəsi vardır. Bu maddə bir neçə növ xərçəngə çevrilə bilir ki, onlardan biri də bağırsaq xərçəngidir. Bu maddə yüksək hərarət zamanı meydana gələr. Bu məsələ o qədər ciddidir ki, Beynəlxalq Səhiyyə Təşkilatı belə, öz nigaranlığını bildirmişdir. 4. Şəkər. Şəkər - xərçəng hüceyrələrinin qidasıdır. Hər bir hüceyrə böyüməsi üçün qlükozadan istifadə edər. Ancaq xərçəng hüceyrələri sağlam hüceyrədən ikiqat çox istifadə edər. Ona görə də şəkər qəbulu ilə xərçəng hüceyrələrinin inkişafı arasında sıx rabitə vardır. Şəkəri həddən artıq çox qəbul edənlər gərək onu məhdudlaşdırsınlar.
↧
Bağırsaqların düşməni olan 4 QİDA
↧
Həyatımızın ayrılmaz qidası: yumurta haqqında bilmədikləriniz MARAQLI Məlumat
Mayakovskidən oğurluq kimi çıxmasın, çoxlarımız yumurta deyəndə xolesterin, xolesterin deyəndə yumurta başa düşürük. Xolesterin isə az qala insanın 1 nömrəli qatili sayılır Bir balaca xəstələnən kimi həkimlər dərhal yumurtanı "haram" buyurub menyumuzdan çıxarır. Tibdən az-çox başı çıxan on adamın doqquzundan soruşsan, deyəcək ki, "yumurtada çoxlu xolesterin var və bu, ürəyə ziyandır". Odur ki, həkimlər normal adama da həftədə üçdən artıq yumurta yeməməyi məsləhət görürlər... Amerika alimləri əmindirlər ki, toyuq yumurtası yeməyi sevənlər, ürək-damar xəstəlikləri bir tərəfə, şəkərli diabet xəstələyinə də daha çox tuturlar. 25 il araşdırma aparan ekspertlər 2009-cu ildə aləmə car çəkmişdilər ki, toyuq qanda xolesterinin və şəkərin səviyyəsini artırır. Odur ki, alimlər məsləhət görürlər ki, həftədə 2-3 yumurta yemək kifayətdir. Ancaq son məlumatlara görə, məsələ heç də belə deyil və ya deyildiyi qədər qorxulu deyil. Və yaxud alimlər gah elə deyirlər, gah da belə... Yumurta əvvəlki yumurta deyil Böyük Britaniyanın Səhiyyə Nazirliyinin mütəxəssisləri bu yaxınlarda aydınlaşdırıblar ki, toyuq yumurtası 30 il əvvələ nisbətən daha çox faydalı olub. Sən demə, müasir yumurtalarda daha çox vitamin və minerallar, daha az yağlar və xolesterin var. Bundan başqa, onun kalorisi də azalıb. Ən əsası isə müasir toyuqların yumurtalarında D vitamini 70 faiz daha çoxdur. Böyük Britaniyanın Milli Qida Fondunun nüfuzlu tibb nəşri hesab edir ki, indiyədək yumurtaya "böhtan" atılıb: "Yumurtanın ürək xəstəlikləri ilə bağlılığı barədəki mifləri dağıtmaq və onun bizim qidamızdakı qanuni yerini bərpa etməyin vaxtı çatıb. Yumurtanın balanslı rasion üçün böyük önəmi var". Gör bu jurnal yumurtaya nə təriflər yağdırır: "Yumurta qida maddələri ilə boldur, o, yüksəkkeyfiyyətli zülalların qiymətli mənbəyidir, özü də ziyanlı yağları və kalorini özündə az saxlayır". Və yaxud: "Yumurtadakı zülalın yüksək keyfiyyəti bədənin normal kütləsini saxlanmağa və ya izafi çəkini azaltmağa kömək edir. Bunun sayəsində də piylənməyə qarşı böyük rol oynayır". İnsan... dovşan deyil Əvvəllər yumurta süfrəmizdən əksik olmazdı. Məsələ, sadəcə, yumurtanın qiymətində deyil. Onun qida rasionundan az qala çıxdaş edilməsi həm də son 30-40 ildə yupyumru, ağappaq yumurtanın tibb elminin "qara siyahısı"na düşməsi ilə bağlıdır. Ötən əsrin 20-30-cu illərində alimlər dovşanlar üzərində apardıqları tədqiqatlardan (biçarə dovşanlara at dozasında xolesterin yedirtmişdilər) sonra hökm verdilər ki, xolesterin heyvanların damarlarında yığılır və ateroskleroz (ürək-damar xəstəliyi) yaradır. Və 70-ci illərdə təcrübələrini başa çatdıran alimlər xolesterinə bütün cəbhə boyu müharibə elan etdilər. Təbii ki, əsas hədəf xolesterinlə bol olan yumurta oldu. Və bu zaman alimlər bir çox faktları görməzlikdən gəldilər. Məsələn, qidalarına böyük dozada daxil edilən xolesterin at, it və digər heyvanlara təsir göstərməmişdi. Sonradan aydınlaşdı ki, insan orqanizminin bu maddəni həzm etməsi prosesi atdakı kimidir, nəinki dovşandakı kimi... 1991-ci ildə Amerikanın nüfuzlu "NEJM" (The New Enqland Journal of Medicine) jurnalı anekdotsayağı məqaləsini belə bir başlıqla dərc edir: "Gündə 25 yumurta yeyən 88 yaşlı qocanın qan plazmasında xolesterin normal səviyyədədir". Qocalar evində yaşayan məqalənin qəhrəmanına gündə 20-30 yumurta alınır, o da heç bir problem olmadan onları həzmi-rabedən keçirirmiş. Belə qidalanma azı 15 il davam edibmiş və xolesterinin səviyyəsi qocada normal, səhhəti isə yaşıdlarından heç də pis olmayıbmış. İblis detallarda gizlənir Elmi araşdırmalardakı ziddiyyətlərə baxmayaraq hələ də yumurta və xolesterinlə qorxudulma davam edir. Özü də bu qorxuzmanın məntiqi çox primitivdir: - Qanda xolesterinin yüksək səviyyəsi ürək-damar xəstəliklərindən ölüm riskini artırır (çox düzgün fikirdir). - Xolesterinin qanda azalması bu xəstəliklərdən ölüm riskini azaldır (bu da düzgün fikirdir). - Bir çox ərzaq məhsullarında, o cümlədən yumurtada xolesterin boldur (bu da düzdür). Adi Aristotel sillogizmi ilə bu düzgün fikirlərdən belə məntiqi nəticə və ya hökm çıxır: yumurta ilə qidalanmaq ürək-damar xəstəliklərinin inkişafına şərait yaradır və ölüm riskini artırır. Lakin bu nəticə-hökm heç də düzgün deyil. Qandakı xolesterinlə ərzaqdakı xolesterin başqa-başqa şeylərdir. Xolesterini bol olan ərzaq məhsullarının qandakı xolesterinə təsiri zəif və cüzidir. Qida ilə qəbul olunan xolestrin qanda iki fərqli xolesterinə çevrilir - zərərli və faydalı xolesterinlər. Birinci damarların divarlarına çökür, yağ şırımları (xolesterinin özü piyəbənzər maddədir) tədricən qalınlaşır və piləyə çevrilir. Nəticədə arteriyalarda axın daralır. Pis xolesterin piləkləri daha sonra əhəngləşir, laxta yaradır. Qalınlaşıb şaxələnən bu laxtalar damarları tıxanmış vəziyyətə salır. Faydalı xolesterin isə bu bəd prosesə mane olur. Bu baxımdan yumurta müəyyən dərəcədə ateroskeloroz riskini azalda bilər. Xolesterinin pis və ya yaxşı davranışına bu maddənin ətrafı təsir göstərir. Qanda o, özbaşına hərəkət etmir, bu zaman yağlar və zülallar onu müşayiət edir, bir növ "kompaniya" təşkil edirlər. Bu kompleksi "lipoproteidlər" adlandırırlar. Əgər onların sıxlığı aşağıdırsa, zərərli xolesterinə malikdirlər. Yüsək sıxlıqlı lipoproteidlərdə isə faydalı xolesterin olur. Yumurtanı necə yeməli? Bəs yumurtadakı xolesterin orqanizmdə hansı xolesterinə çevrilir? Bu, yumurtanı hansı ərzaqla yeməyinizdən asılıdır. Məsələn, suda bərk bişmiş soyutma yumurtanı kərə yağı ilə yedikdə, o, orqanizmdə, əsasən, "pis" xolesterinə çevrilir. Kərə yağı və yaxud kolbasa ilə bişirilən nimrə ("qlazunya" dediyimiz) də "pis" xolesterin yaradır. Bitki yağı ilə bişirilən qayğanaq və yaxud təkbaşına yeyilən yumurta isə qanda dəqiq olaraq pis xolesterinin konsentrasiyasını artırmır. Bu faktı da qeyd edək: hər insanın orqanizminin fərdi özəllikləri, maddələr mübadiləsi xüsusiyyətləri var. Elə adam ola bilər ki, qaraciyəri daha çox zərərli xolesterin və yaxud daha az faydalı xolesterin yaradır. Həmin adam köhnə məsləhətlərə qulaq asıb həftədə 2-3 yumurta ilə kifayətlənsə, daha yaxşıdır. Belə xəstəliyi olan adamlar çox da geniş yayılmayıb, 500 nəfərdən birində rast gəlinir. Risk qrupuna əsasən, valideynləri gənc yaşlarında infarkt və insult keçirənlər daxildir.
↧
↧
Pomidor alarkən diqqətli olun, çünki...
Alimlər pomidorla bağlı maraqlı açıqlamalar verib. ABŞ-ın Florensiya Universitetinin araşadırmaçıları pomidorların zamanından tez yetişməsi üçün ona xüsusi qaz vurulduğunu aşkar ediblər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Azəbaycanın istixanalarında yetişdirilən pomidorların hamısı qaz vurulmaqla yetişdirilir: “Payız aylarında yetişən pomidorlar çox qorxuludur. Pomidor təbii olaraq hansısa temperatura uyğun yaradılıb. Onu anormal vəziyyətə salanda tərkibi və dadı dəyişib yararsız vəziyyətə düşür. Pomidorlara qaz vurulur, bundan əlavə onları iynələyib və dərmanlayırlar”. E.Hüseynov bildirib ki, pomidorlara vurulan qazların tərkibi hələ öyrənilməyib: “Qaz insan həyatı üçün arzuolunmazdır. Onlar insan orqanizmində dəhşətli xəstəliklər yaradır. Bunu ancaq pomidorların tez yetişməsi üçün edirlər”. Sədr payız aylarından etibarən süfrəyə təzə pomidor qoymağı məsləhət bilmədiyini qeyd edib.
↧
Yod "setka"sı ilə bütün oynaq və əzələ açrılarına son! Bu cür istifadə etsəniz hər dərdin asan və ucuz çarəsidir!
SaqlamHeyat xarici mətbuata istinadən məlumat verir ki, bəzi pozulmalar zamanı yod həqiqətən çox təsirli sınanmış vasitədir. Lakin yoddan istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. Düzgün istifadə olunmadıqda yod sağlamlığa ciddi ziyan vura bilər. Yod "setka"sı bu kimi pozulmalar zamanı istifadə oluna bilər: - osteoxondroz (boyun və bel ağrıları zamanı) - lyumbaqo (bel ağrıları) - işias (bel nahiyəsində başlayan və sonra sağrı və budun arxa hissəsinə yayılan ağrı) - nevralgiya (bədənin istənilən nahiyəsində nevroloji ağrı) - soyuqdəymə xəstəlikləri, kəskin respirator xəstəliklər, bronxit - mialgiyalar (əzələ ağrıları) - hematomalar - bağların dartılması - oynaqlarda ağrılar - əzələ daxili inyeksiyalardan sonra əmələ gəlmiş bərkimələr. Yod "setka"sını çəkmək üçün qulaq çöpü istifadə olunur. Qulaq çöpü yoda yüngül datırılır və biri-birindən 1 sm məsafədə olan düz xətlər çəkilir (əvvəl şaquli, sonra üfqi). Yod yalnız sağlam zədələnməmiş dəriyə çəkilə bilər. Yoddan tez-tez istifadə etmək olmaz - həftədə 2-3 dəfə.
↧
Diqqət.. Bu sadə, effektli qarışımın sayəsində qan damarlarınız 3 gündə tər-təmiz olcaq!Xolosterinin səviyyəsi normaya düşəcək, ürək tutmalarından xilas olacaqsınız!
Xarici mətbuata istinadən bildirir ki, sağlam insanın damarları təmiz və elastikdir. Belə sağlam damarlar vasitəsilə insanın bütün orqan və sistemləri lazım olan miqdarlarda oksigen və qidalı maddələr alır. Lakin müxtəlif səbəblərə görə insanın damarlarında şlaklar, artıq xolesterin yığıla bilər ki, bunun nəticəsində damarlar daralır, öz elastikliyini itirir. Bu pozulma "ateroskleroz" adlandırılır. Ateroskleroz müxtəlif orqanların qanla təchizatını pozur ki, bunun nəticəsində müxtəlif orqan və sistemlər onların normal fəaliyyəti üçün lazım olan oksigen və qida almır və onlarda müxtəlif pozulmalar inkişaf edir. Ən ağır belə pozulmaların arasında infarkt və insult kimi pozulmaları qeyd etmək olar. Damarları daim sağlam saxlamaq istəyirsinizsə, düzgün və xeyirli qidalanın, ziyanlı vərdişlərdən imtina edin, hərəkətli olun, daim bədən tərbiyyəsi və idmanla məşğul olun. Bəzi xalq təbabəti vasitələri damarların vəziyyətinin yaxşılaşmasına, damarların təmizlənməsinə kömək edir. İnqrediyentlər: 1 fincan zəncəfil şirəsi 1 fincan alma sirkəsi 1 stəkan soğan şirəsi 1 stəkan limon şirəsi İnqrediyentlər bir porsiya üçün göstərilmişdir Hazırlanma qaydası: Bütün ərzaqları bir qazana tökün, vam odda 30 dəqiqə bişirin. Soyumasını gözləyin, sonra üzərinə 3 stəkan bal əlavə edib, yaxşıca qarışdırın, şüşə qablara yığın. İstifadəsi: Siz hər səhər ac qarnına bu dərmandan qəbul etməlisiniz. Mütəmadi tətbiqi qan damarlarını təmizləyəcək, ürək-damar problemlərinin qarşısını alacaq və ümumi sağlamlıq vəziyyətini dəstəkləyəcək.
↧
↧
Ciyərləri təmizləyən, xərçəngdən 100% qoruyan çox sadə və möhtəşəm bitki qarışığı Foto
Ciyərləri təmizləyən bitki qarışığı Xarici mətbuata istinadən bildirirki ki, son illərdə xərçəng hadisələrindəki artım qorxudarkən; Mütəxəssislərdən ciyərləri təmizləyəcək xüsusi bir qarışıq təklifi gəldi. Toksin dolu ciyərləri təmizləmək üçün soğan, zəncəfil və sarıkökdən istifadə etmək lazım olduğunu söyləyən mütəxəssislər, tənəffüs yollarını açan, ağ və qaraciyəri təmizləyən xərçəng əleyhinə içkinin tərifini verdi: "1 litr su, 400 ml soğan suyu, 2 xörək qaşığı zərdaçal (sarıkök), 2 yemək qaşığı qədər bal , baş barmaq böyüklüyündə zəncəfil kökü alınır. Əvvəl su və bal qazana alınıb qaynadılır. Qaynayanda zəncəfil doğranır. Sonra soğan suyu qoyulur. Su yarı yarıya azalana qədər qaynadılır. Qalan hissəni süzgəcdən keçirib şüşə bir bankaya qoyun. Otaq temperaturuna gəldikdə ağzını bağlayıb soyuducuya qoyun. 12 saat fasilə ilə, yeməklərdən sonra bir qaşıq yeyin".
↧
Boy uzadan qidalar
Yetkinlik yaşında boyun uzanması eyni zamanda qidalardan asılıdır. Tərkibində kalsium və fosfor olan qidalar qəbul edin. D vitamini sümüklərin bərkiməsinə kömək olan ən yaxşı vasitədir. Bu vitamini ən çox yumurta sarısında, qaraciyərdə, balıq yağında olur. Ən əsası isə tez-tez günəş vannası qəbul edilməlidir. Tərkibində ən çox kalsium olan qidalardan biri də küncütdür. Tərkibində çox yağ olduğu üçün az qəbul edilməlidir. Üzərinə küncüt səpilmiş qoğal, simit yemək məsləhətdir. Ət və süd: Boyun uzanması üçün lazım olan ən vacib vitaminlərdən biri də A, C, D-dir. Bunun üçün ət və süddən hazırlanan qidalardan çox istifadə etmək laızmdır. Onlar boyun uzanmasına kömək etməklə yanaşı, həm də sümüklərin sağlam olmasına kömək edir. Gün ərzində 2 stəkan süd içmək lazımdır. Ən əsası isə onu gecə yatmazdan əvvəl içməkdir. Bu saatda içilən süd böyümə hormonlarına müsbət təsir edir. Yoqurt, pendir boşqabınızda mütləq olmalıdır. Boy uzadan digər vasitə isə brokkollidir. Eyni zamanda quru meyvələr yeyilməlidir. Şirniyyat yerinə quru meyvə qəbul etmək daha məsləhətlidir. Gün ərzində 4-5 quru qaysı, 2 quru əncir, 1 ovuç qara üzüm yemək lazımdır.
↧
Saqqal saxlamağın 7 faydası
Mütəxəssilər bu qənaətə gəlib çatıblar ki, saqqal insanın üzünü günəşin ultra-bənövşəyi şüalarından qoruyur və dəri xərçəngi riskini azaldır. Saqqalın 7 faydası ilə tanış olaq: 1. Saqqal insan dərisini istidən və soyuqdan qoruyur. Əgər o dəstə insanlardansınız ki, buzun üstündə sürüşməyi və qar idmanlarını sevirsiniz, yaxud çox vaxt günəşin altında olursunuz - saqqal dərinizi qorumaqda sizə yardım edəcəkdir. Kişilərin üzündə çıxan bu tüklər üz dərisini havanın sərt soyuqluğundan və istiliyindən mühafizə edər. Bundan əlavə, soyuq qış günlərində saqqal dərinizi rütubətli saxlayar. Ona görə də kişilər dəri quruluğundan əziyyət çəkməzlər. 2. Boğaz ağrısına qarşı xəstəliklərin qarşısını alar. WSEMIR. COM bildirir ki, həkimlərin nəzərinə görə, saqqal insanı bir çox boğaz ağrısı xəstəliklərindən qoruyar. Saqqalda olan tüklər havadakı bakteriyaların və mikrobların tənəffüs orqanlarına daxil olmasına mane olar. 3. Saqqal astma ilə mübarizə aparar. Astma xəstəliyinə tutulan insanlar yaxşı bilir ki, havada olan toz-torpaq onlar üçün gizli qatillərdirlər. Ona görə də mütəxəssislərin nəzərinə görə, bığ və saqqal burun deşiklərini tüklərlə örtdüyü üçün bu toz-torpağın daxil olmasına mane olar. 4. Dəri qocalmasının qarşısını alar. Ola bilsin ki, saqqal saxlamaq bir cavanı yaşından daha böyük göstərsin. Ancaq bu saqqalın altındakı dəri sağlam və cavan qalar. Əslində saqqal dərinin cavan qalmasına yardım edər. Çünki daha çox suyun üz dərisində hərəkət etməsinə mane olar və eyni zamanda onu qurumağa qoymaz. Nəticədə dəri daha yumşaq və cavan qalar. 5. Soyuqdəymə ilə mübarizə aparar. Saqqal kişilərə adətən yay fəslində çox əziyyət verər. Ancaq mütəxəsislər bu qənaətə gəlib çatıblar ki, saqqal yay fəslində kişiləri soyuqdəymədən qoruyar. Çünki saqqal üz dərisini isti saxlayar və bədənə yardım edər ki, viruslarla rahat mübarizə apara bilsin. 6. Saqqal üzdə çivzələrin əmələ gəlməsinə mane olar. O insanlar ki, üzlərində olan tükləri qırxırlar, göynəmə və sızanaqlardan əziyyət çəkirlər. Çünki tükləri qırxan zaman dərini zədələyir və tük köklərinin üfunətinə yol açırlar. Saqqal bu problemlərin yaranmasının qarşısını alar.
↧
Soğanla saçın ağarmasının qarşısını almaq olar
Qadınların ən böyük narahatlıqlarından biri də ağaran saçlardır. Saçına rəng qoymaq istəməyən xanımlar bəzi təbii üsullarla saç ağarmasının qarşısını ala bilərlər. Bu üsullardan biri də saça soğan sürtməkdir. Qadınlar.biz bununla bağlı məlumatı təqdim edir. Aparılan elmi araşdırmalar saç ağarmasının saç diblərində hidrogen peroksidin yığılmasıyla meydana gəldiyini sübut edib. Bu isə katalaz fermentinin azalması nəticəsində baş verir. Soğan suyu katalazlə olduqca zəngindir və əsrlərdir saç ağarması üçün təbii müalicə üsulları sırasında yer alır. Soğan suyu katalaz istehsalını artırır və saçların ağarmasına mane olur. Tədqiqatda soğanın katalaz fermenti sayəsində saç köklərində yığılan və rəngini itirməyə gətirib çıxaran hidrogen peroksidi aradan qaldırdığı müəyyənləşib. Bundan başqa soğanı saça sürtdükdə saçlar sağlam formada uzanır. Soğan suyu ağaran saçların təbii rənginə qayıtması üçün çox təsirlidir. Saç köklərini qidalandırır, mikrobları və parazitləri öldürərək saç dərisinə qulluq edir. Soğan sulfur tərkibi sayəsində saç dərisindəki iltihab və göbələk kimi problemləri müalicə etməyə də kömək olur. Soğan suyunun hazırlanma üsulları: 1. Soğanı ortadan iki yerə bölüb portağal kimi sıxıb suyunu çıxarın. Yaxud soğanı dilimləyib qatı meyvə sıxacağından suyunu çıxara bilərsiniz. 2. Soğanları 3-4 parçaya bölüb blendrdan və ya rəndədən keçirin. Sonra süzgəcdən keçirib suyunu çıxarın. 3. Evdə qatı meyvə sıxacağı, blender və ya rəndə yoxdursa, soğanı ortadan kəsib əzin, süzgəcdən keçirib suyunu çıxarın. Soğan suyu təbii vasitə olsa da, allergiyadan qorunmaq üçün əvvəlcə boyun bölgəsinə çəkərək allergiya testi edin. Əgər qızarma, yanma kimi əlamətlər yoxdursa, soğanı saç diblərinə sürtə bilərsiniz. Yuxarıda qeyd edilən üsullardan biri ilə soğanın suyunu çıxarın. Bu suya pambıq batırıb saç diblərinə və saçlarınıza sürtün. 30 dəqiqə-1 saatdan sonra yuyun. Həftədə 3 dəfə bu üsuldan yararlanın. Faydasını görəcəksiniz.
↧
↧
Dişlər haqqında bilmədikləriniz...
Bütün mədə-bağırsaq sistemi orqanlarının sağlamlığı dişlərin sağlamlığından çox asılıdır. Hətta 1 dişin olmaması həzm sisteminə çox mənfi təsir edir. Məhz buna görə dişlərə düzgün qulluq etmək, onları qorumaq, vaxtında müalicə etmək və tələbat yarandığı halda mütləq protezləşdirmək lazımdır. Diş - görünən tac (yuxarı) hissəsindən və çənə sümüklərindəki xüsusi yuvalarda gizlənən kök hissədən ibarətdir. Ön dişlərin bir kökü, ağız boşluğunun arxa hissəsinə doğru yerləşən dişlərin isə iki və ya üç kökü olur. Dişin əsas hissəsini bərk, sümük tərkibli maddə olan dentin təşkil edir. Dentin ağrını hiss etmək xüsusiyyətinə malikdir. Dentin qatı qoruyucu vəzifə daşıyan emal təbəqəsi ilə örtülmüş olur. Emal təbəqəsi möhkəm toxumadan ibarət olub, ağrını hiss etmək qabiliyyətinə malik deyil. Diş kökləri sement qatı ilə örtülmüşdür ki, bu da onların çənədəki diş yuvasında saxlanmasını təmin edir. Dişin mərkəzi hissəsi (diş tacından diş köklərinin sonunadək) həssas və yumşaq toxuma olan pulpa ilə dolmuşdur. Diş kökünün sonunda çox kiçik bir dəlik vardır ki, bu dəlikdən pulpa toxumasına sinir lifləri və qan damarları daxil olur. Normada insanın hər çənəsində 16 ədəd, ümumilikdə isə 32 ədəd diş olur. Bu, yalnız 4 ağıl dişi də (hər iki çənənin sonunda 2 kənar diş olmaqla) çıxdığı halda baş verir. Ağıl dişləri, adətən, 18-25 yaş hədlərində, bəzi hallarda isə daha geç çıxır. Hal-hazırda insanların ¼ hissəsində ağıl dişləri ya, ümumiyyətlə, çıxmır, ya hamısı çıxmır, ya da dişlər yalnız uzunluğunun yarı ölçüsünə qədər çıxır. Alimlər bunu sivilizasiyanın inkişafı nəticəsində hazırkı insanların öz uzaq, hətta çox uzaq olmayan əcdadlarına nisbətən qidaları xeyli dərəcədə az çeynəmələri ilə izah edirlər. Buna görə də orqanizm öz ehtiyatlarını qənaət edərək ona lazım olmayan ağıl dişlərinin çıxmasını, sadəcə olaraq “ləğv edir”. Gülümsəmə zamanı ön və ya frontal dişlər görünür. Bunlara kəsici dişlər (onların ümumi sayı 8 olub hər çənədə 4 sayda olmaqla yerləşirlər) və köpək dişləri (ümumi sayı 4 ədəd olmaqla, hər çənədə 2 sayda - sağda və solda yerləşirlər) aiddir. Kəsici dişlər qida parçasını dişləyir və ya kəsir, köpək dişləri isə onu yeyilən qidadan qoparmağa kömək edirlər. Kökləri digər dişlərdən uzun olduğu üçün köpək dişləri daha çox davamlı hesab olunur. Köpək dişlərindən sonra yan dişlər – premolyar və molyar dişlər başlayır. 8 ədəd olan premolyar və 12 ədəd olan molyar dişlər (bütün ağıl dişləri çıxdığı halda) qidanın parçalanması, xırdalanması, üyüdülməsi və çeynənməsi proseslərinə cavabdehlik daşıyırlar.
↧
Böyrək daşlarını əridən şəfalı bitkilər
Dünyada hər 10 nəfərdən biri həyatının bir dövründə böyrək daşı, ya da böyrək qumu problemi ilə üzləşir və bu xəstələrin əksəriyyəti kişilər olurlar. Böyrəklərdən daş tökülən zamanı çox şiddətli ağrılar baş verir. Ağrıların şiddətli olması səbəbindən hər il milyardlarla dollar həkim müayinələrinə, dərmanlara və böyrək daşı əməliyyatlarına sərf olunur. Həkim nəzarətində tətbiq olunacaq peşəkar müalicə üsulları mövcuddur. Ancaq daş və qum tökməni sürətləndirəcək, ağrıları qısa müddətdə azaldacaq bəzi təbii və bitki müalicə üsulları da böyrək daşlarının müalicəsində uzun illərdir istifadə edilir. Böyrəklər ümumi sağlamlığımızın qorunması baxımından diqqət edilməsi lazım olan mühüm orqanlardan biridir. Böyrəklərin sağlamlığının bu qədər təsirli olmasının əsas səbəbi orqanizmin filtri olmasındadır. Böyrək daşlarının 90 faizə yaxını orqanizmdən təbii yollarla atılır. Böyrək daşının bədəndən daha asan atılmasını təmin etmək və prosesi sürətləndirmək üçün bəzi şəfalı bitkilərin yardımından istifadə edə bilərsiniz. Böyrəklər düzgün işləməzsə və lazım olan toksinləri süzmə qabiliyyəti azalarsa, toksinlər qana qarışaraq çox ciddi sağlamlıq problemlərinə yol açar. Böyrəklər öz funksiyasını icra etməzsə, sadəcə, toksinlər deyil, duz və tullantı maddələrin atılması da imkansız hala gəlir. Gündəlik həyatımızda müxtəlif cihazlarda istifadə etdiyimiz filtrlərin olduğu kimi bədən filtri olan böyrəklərin də vaxtaşırı təmizlənməsi lazımdır. Böyrəklərdə yığılan toksinlər, tullantı maddələri və duzu çox olan mineralları təmizləmək üçün böyrəklərin qayğısına qalan şəfalı bitkilərdən istifadə etmək lazımdır. Tabloid.az böyrəklər üçün şəfalı bitkiləri siyahısını və təbii müalicə üsulları ilə bağlı məlumatları təqdim edir: Qırx açar otu: Böyrəklərdə toplanan toksinlərin atılması üçün ən çox istifadə edilən bitkilərdən biri qırx açar otudur. Tərkibindəki yüksək silisium böyrəklərdə yaranan zədəli toxumanın yenilənməsinə yardımçı olur. Sidik yollarında baş verən problemlərə yaxşı təsir edir və sidikqovucu kimi istifadə edildiyi məlumdur. Sidikqovucu xüsusiyyəti toksinlərin sistemdən sidik yolu atılmasını sürətləndirir. Qaragilə: Qaragilə sidik kisəsi infeksiyaları və sidik yolu infeksiyaları üçün ən yaxşı şəfalı bitkilərdən biridir. Tərkibində olan hidrokinon və arbutin qaragiləni güclü antibakteriya halına gətirir. Bir çox sidik yolu infeksiyaları qaragilənin bu xüsusiyyəti sayəsində müalicə edilir. Həmçinin tannik turşusu böyrək iltihabının yayılmasına mane olur. Sürünən ayrıqotu: Sürünən ayrıqotu ən yaxşı sidik dərmanıdır. Sürünən ayrıqotu sidik miqdarını artıraraq sidiklə birlikdə toksinlərin atılmasını asanlaşdırır. Sidik yolu infeksiyalarında da çətin sidik atımını asanlaşdırır və yanmanı azaldır. Sürünən ayrıqotu böyrəkləri təmizləmək, sidik yolu infeksiyaları, prostat, böyrək iltihabı, sistit kimi xəstəliklərin müalicəsində istifadə edilir. Gicitkən: Böyrək üçün şəfalı bitkilər siyahısında önəmli yerə sahib olan dalayıcı ot və gicitkən tullantıların və toksinlərin orqanizmdən atılmasında və böyrəklərin təmizlənməsində istifadə edilir. Eyni zamanda, olduqca bəsləyici olan gicitkən A, B2, C və E vitaminləri baxımından da çox zəngindir. Tərkibində orqanizm üçün lazım olan minerallar, dəmir, kalium və kalsium var. Cəfəri: Gündəlik qidalanmada tez-tez istifadə etdiyimiz cəfəri böyrəklər üçün olduqca faydalıdır. Böyrəklərin işləməsini və toksinlərin atılmasını sürətləndirir. Eyni zamanda, böyrək daşlarının yaranmasını və böyrəklərdə şiş əmələ gəlməsinin qarşısını alır. Böyrək problemləri yaşamazdan əvvəl böyrəklər üçün şəfalı bitkilər istifadə edərək tədbir ala bilərsiniz. Böyrəklərin və sidik yollarının daha sağlam olması üçün yuxarıda sadaladığımız şəfalı bitkilərdən başqa, zəncəfil, təbii albalı konsentrasiyası, ardıc kimi bitkilərdən də istifadə edə bilərsiniz. Bu şəfalı bitkilər böyrəklərdə iltihabı azaltmaq, sidik yolu infeksiyalarını müalicə etmək, toksinlərin atılmasını sürətləndirmək, böyrək daşı və qumunu azaltmaq üçün mükəmməl vasitələrdir. Orqanizmin filtri olan böyrəklərdə baş verəcək hər hansı bir problem ciddiyə alınmalıdır. Bu problemlər bütün bədən sağlamlığına pis istiqamətdə təsir göstərə bilər. Böyrəklərinizdə ağrı varsa, sidiyə çıxarkən yanma yaşayırsınızsa, həkim nəzarətindən keçməli və peşəkar müalicə olunmasılınız. Böyrək daşlarını digər təbii müalicə üsulları Su: Böyrək daşı üçün su içməyinizin təklif edilməsi inanılmaz kimi görünsə də, su böyrəklərin sağlam işləməsi üçün lazım olan əsas mineraldır. Böyrəklərin qısa müddətdə təmizlənməsi üçün onları su ilə fəaliyyətə gətirməyiniz lazımdır. Su ilə müalicəyə gündə ən az 15 stəkan su içərək başlaya bilərsiniz. Butulka sularda daha az çöküntülər olduğu üçün onlardan istifadə etmək tövsiyə olunur. Sitrik turşusu: Təbii turşu növü olan sitrik turşusu orqanizmdə olan böyrək daşı kimi sərt proseslərin həll edilməsinə yardımçı olur. Limon sitrik turşu baxımından güclü məhsul olduğu üçün böyrək daşı müalicəsi zamanı bol miqdarda istehlak edilməlidir. Sadə limon suyu bəzi xəstələrdə mədə yanmasına yol aça biləcəyi üçün su ilə qarışdıraraq içilə bilər. Sitratlar: Sitratlar sidik turşu tarazlığının qorunmasında və böyrək daşının əmələ gəlməsinə yol açan kalsium duzlarının azalmasında vacib amildir. Sitrat baxımından zəngin olan kök, üzüm, portağal və tərəvəzlərin təzə sıxılmış sularını içib böyrək daşının əmələ gəlməsini əngəlləyə bilərsiniz. Lifli qidalar: Lifli qidalar yeyərək həzm sisteminizi daha sürətli işlədə bilərsiniz. Bunun sayəsində antioksidantların bədəndən daha asan çıxmasını təmin edə bilərsiniz. Mövsümə uyğun olan təzə meyvə və tərəvəzlər lif baxımından çox zəngindir. Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, böyrək daşları əsasən heç bir müdaxiləyə ehtiyac olmadan orqanizmdən atılır. Bu proses zamanı baş verən şiddətli ağrılardan xilas olmaq üçün həkim tövsiyəsi ilə ağrıkəsici istifadə edilə bilər.
↧
Öskürək və soyuqdəyməni yüngülləşdirən 5 tövsiyə
Qrip və soyuqdəyməni yüngülləşdirən tövsiyələri təqdim edirik: İlıq şorba Qrip olduqda hər gün bir kasa ilıq şorba için. Antiseptik xüsusiyyətləri sayəsində şorba boğaz ağrıları və qrip əlamətlərini azaldır. Portağal suyu Hər gün bir stəkan portağal suyu içmək soyuqdəymə və qrip riskini azaltmaq üçün ən əlverişli üsuldur. Evkalipt Antiseptik xüsusiyyətləri sayəsində evkalipt öskürəyi sakitləşdirir, hətta bronxitlə mübarizədə kömək edir. Bal və limon siropu 2 stəkan limon suyu və 7 qaşıq balı qarışdırın. 1 saat bişirib soyumasını gözləyin. İlk gün hər saatdan bir 2 yemək qaşığı, iki gündən sonra 3 saatdan bir 1 qaşıq yeyin. Bol maye qəbulu Çay, kompot, mineral suların qəbul edilməsi hərarət zamanı çox vacibdir. Qrip olan zaman insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Xəstə gün ərzində 2 litrdən az olmayaraq maye qəbul etməlidir.
↧
Bu hiylələr çox işinizə yarayacaq
Mətbəx qadınların çox vaxt keçirdiyi məkanlardan biridir. Təbii ki, bu halda qadınlar mətbəx sirlərindən daha çox xəbərdar olur. Lakin bəzən elə gözlənilməz hadisələr baş verir ki, qadınlar onların qarşısında aciz qalır. Məsələn, bəzən ət bişdikdən sonra bərk qalır, tərəvəz yeməyi çox duzlu alınır, hazırladığınız mürəbbələrin şirnisi çox olur və s. Əslində bunların hamısının sadə bir həlli var. Bişdikdən sonra bərk qalan ət Ət bişməzdən əvvəl çox ləzzətli görünür, lakin bişirdikdən sonra çeynənilməsi çətin olacaq qədər sərt qalır. Bu vəziyyəti aradan qaldırmaq üçün meyvə, kola və ya limon istifadə edə bilərsiniz. Meyvə istifadə edəcəksinizsə, bişirərkən ətin ətrafını meyvələrlə örtün. Limon istifadə edərkən, bişirməzdən yarım saat əvvəl limon suyu sıxmaq ətin daha yumşaq qalmasını təmin edəcək. Kola da əti yumşaltmaq üçün istifadə edilə bilər. Əti qızartmazdan əvvəl 10 dəqiqə kolanın içində saxlayın. Sonra əti çıxarıb qurudun və az yağda yüksək odda qarışdıraraq bişirin. Bu üsul xüsusilə qalın olan ətlər üçün çox uyğundur. Ağır soğan dadı Soğanın ağır dadı və qoxusu yemək yeyərkən narahatlıq verə bilər. Lakin yeməklərdən bu dadı yox edə bilmək çətin olur. Buna görə soğanları bişirməzdən əvvəl soyuq su dolu bir kasanın içinə qoyun. Bunu etmək soğanın acı dadını aradan qaldırmağa kömək olur. Ətin çox duzlu olması Ət bişirərkən duzunu bir az çox tökmüsünüzsə, əti xama ilə dolu kasanın içinə qoyub bir müddət saxlayın. Xama ətin duzunu tarazlamağa kömək edir. Başqa bir həll olaraq da yeməyə duzsuz yağ və ya un sousu (un, su və xama) edib tökə bilərsiniz. Yeməyə duzsuz qarnirlər əlavə etmək də yeməyi qurtarmanın bir başqa yolu ola bilər. Əgər qiyməni çox duzlu bişirmisinizsə, yanına bir az balqabaq və kələm doğraya bilərsiniz. Eyni zamanda, çiy kartofu rəndələyib ətlə birlikdə bişirmək olar. Bu vəsaitlər yeməyinizi daha dadlı edəcək. Çox duzlu tərəvəz yeməkləri Duzlu tərəvəz yeməyinin içinə pomidor doğrasanız, duzu çəkilər. Bişmiş tərəvəzlərin duzluluğunu aradan qaldırmaq üçün başqa bir yol da var: üstünə bir az su əlavə edib bir neçə dəqiqə daha bişirin. Bundan başqa, göbələk yeməklərini də duzsuz souslar, qarnir və ya xama istifadə edərək, bərpa edə bilərsiniz. Yanan ət və ya digər yeməklər Əti bişirərkən, xüsusilə, qızardarkən bir az çox bişdikdə ət yana bilər. Hətta içi çiy qalmış olsa belə, ətin yanmasından qaçmaq mümkün olmur. Bu vəziyyətdən xilas olmaq üçün ətin yanan hissələrini kəsib üstünə yağ, su və ya ət suyu sürtün. Yanıq qoxusunu aradan qaldırmaq üçün də yeməyinizi bir kasaya qoyun, üstünü nəmli bezlə bağlayın. Bunu etsəniz, pis qoxunun böyük hissəsini ardan qaldırırsınız. Yanıq dadından əti isti südün içinə qoyaraq da xilas edə bilərsiniz. Lakin bu, yeməyinizin dadına təsir edə bilər. Süfrəyə qoyulmadan soyuyan yeməklər Bunun sadə bir həlli var. Süfrəyə isti gətirəcəyiniz yeməklərin qablarını 5 dəqiqə sobada isidin, sonra yeməyi tökün. Soyuq təqdim edəcəyiniz yemək varsa, qabları əvvəl soyuducuda soyuda bilərsiniz. Çox yağlı ət suyu Əgər əlinizdəki ət suyu çox yağlıdırsa, soyuması üçün soyuducuya qoyun. Soyuduqdan sonra yağ donub üzdə yığılacaq. Beləliklə, soyuduqdan sonra yığılan yağı yığın və bununla da çox yağdan xilas ola bilərsiniz. Tavaya yapışan şirin xəmirlər Şirin xəmirlərin tavaya yapışmasının bir çox səbəbi ola bilər. Məsələn, xəmiri çox sulu etməyin. Bu vəziyyətdə bir az un əlavə edin. Əgər istifadə etdiyiniz un keyfiyyətli deyilsə, irmik unu da əlavə edə bilərsiniz. Eyni zamanda, xəmiri tökməzdən əvvəl tavanı yağlayın, bir az isindikdən sonra xəmiri qoyun. Bu, xəmirin yapışması mane olacaq. Alınmayan pudinq Bəzən pudinq hazırlayarkən sulu qala bilər. Belə bir vəziyyətlə qarşılaşdığınızda qarışıma bir az un əlavə edin. Bundan başqa, bir neçə dəqiqə daha çox bişirə bilərsiniz və ya birbaşa soyuducuya da qoya bilərsiniz. Konserv yeməklərdə olan kif Kif evdə hazırlanan konservləşdirilmiş yeməklərdə tez-tez rast gəlinir. Evdə hazırladığınız turşu, mürəbbə, kompot kimi yeməklərdə kif görsəniz, qabın qapağını açıb kifi təmizləyin və yeməyin növünə görə şəkər, duz və ya sirkə əlavə edib qaynadın. Donmuş tərəvəzlər Donmuş tərəvəzləri təxminən bir həftə otaq istiliyində saxlayın. Bu üsul onların dadlarını əvvəlki hala gətirə bilər.
↧
↧
Yüngül yanıqlar necə müalicə edilir? - Evdə
Yüngül yanıqların müalicəsində ən çox edilən səhvlərdən biri, yaranın üzərinə dərhal buzun qoyulmasıdır. Buz yanığın səbəb olduğu ağrını yüngülləşdirmək əvəzinə dəri toxumalarına zərər verir. Buz əvəzinə su kranını açıb əlinizi 4-5 dəqiqə soyuq suyun altında saxlamaq daha doğru olar. Yanan yeri kranın altında soyuq suda saxladıqdan sonra gün ərzində ağrının artdığı zamanlarda yenə soyuq su dolu bir qabda 5-10 dəqiqə saxlaya bilərsiniz. Bunu yanıq yarandıqdan sonra ən çox 20 dəqiqə içərisində etməyə çalışın. Bəzən yalnız soyuq su müalicəsi yanığın ağrısını yüngülləşdirmək üçün kifayət edə bilər. Əgər ağrılar davam edirsə, aloe bitkisinin özünü və ya kremini sürtə bilərsiniz. Aloe vera həm ağrıları yüngülləşdirir, həm də şişkinliyi azaltmağa kömək edir. Yanıq zamanı yumurta ağı, zeytun yağı və kərə yağı istifadə etməyin. Yaralara toxunmadan əvvəl əllərinizi yuyun. Əgər imkanınız varsa, əlcək istifadə edin. Yanığa müdaxilə etməyin. Su toplanıbsa, onları partlatmayın. Yanıq yaxşılaşdıqca qaşınır. Qəti şəkildə qaşımayın. Siqaret çəkməyin. Siqaret çəkmək qan miqdarını azaldır və toxumaların bərpasını ləngidir. Yeni yaxşılaşmış yanıqlar istiliyə qarşı həssas olur. Həmçinin yaxşılaşmaqda olan yanıqlar soyuqdan da qorunmalıdır.
↧
Yaş corabla yatmağın inanılmaz FAYDASI
Adama biraz çətin gəlir, amma yaş corabla yatmağın faydasını eşidəndə bunu dərhal etmək istəyəcəksiniz. Qulağa qəribə gələ bilər, amma yatağa yaş corabla girmək qrip əlamətlərini yüngülləşdirir. Best Healthdə dərc olunan məqaləyə görə, bu üsul ayaqlardakı qan axınını surətləndirdiyinə görə qripə qarşı bizə kömək olur.Bəs bu üsulu necə tətbiq edəcəksiniz? Bəs bu üsulu necə tətbiq edəcəksiniz? Əvvəl ayağınızı isti suya salın. İncə bir cüt pambıqlı corabı soyuq suya batırın. Yatarkən bu corabları ayağınıza geyin. Yaş corabların üzərinə də bir cüt quru yun corab geyin. Səhərə qədər yaş corab isinib quruyacaq və siz özünüzü daha yaxşı hiss edəcəksiniz!
↧
Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQ
Həkimlər stressli və gərgin həyat tərzi sürən insanların dərilərinə lazım olduğundan daha çox diqqət göstərmələrini məsləhət görürlər. Dəriyə qulluq həm də gənc görünüşün təminatıdır. İlk növbədə mağazalardan alınan kosmetik məhsulları kor-koranə istifadə etmək olmaz. Böyük ehtimalla dəri baxımınıza kifayət qədər, bəlkə də heç vaxt ayıra bilmirsiniz. Kosmetika mağazasına gedib bir çox məhsullar alırsınız, bir neçə gün nizamlı istifadə edirsiniz. Çoxlarınız isə “az vaxtda sağlam dəriyə necə sahib olaq?” sualına cavab axtarırsınız. Etiraf edək ki, zəhmət çəkmədən və əmək sərf etmədən sağlam dəriyə sahib olmaq mümkün deyil. Lakin özünüzə bir az daha diqqət göstərərək və sağlam həyat tərzini sürərək yaşlanma müddətini gecikdirə, müxtəlif dəri problemlərinin qarşısını ala bilərsiniz. Oxucularına sağlam dəri üçün qızıl təkliflər təqdim edir. İlk növbədə siqaretin dəriyə həddən çox mənfi təsirləri olduğunu unutmayın. Siqaret qırışları və ləkələri artıran ciddi faktordur. Siqaret dəridəki kapilyarları daha da nazikləşdirir, dərinin qan dövranını azaldır. Dərinin sağlamlığı üçün lazımlı olan oksigen və qidalar dəriyə kifayət qədər çata bilmir. Digər tərəfdən, siqaret dəridəki kollagen və elastin strukturlarına da ziyan verir. Dərinin möhkəmliyi və elastikliyi zədələnir. Günəş şüaları dəri yaşlanmasındaki ən əhəmiyyətli faktorlardan biridir. Günəşin ultrabənövşəyi şüaları dəridəki hüceyrələrin DNT-sində birbaşa zədələnməyə səbəb olur. Nəticədə dəridə kollageninin quruluşunu pozur. Bürünc dəri daha gözəl və sağlam kimi görünsə də, uzun müddət davam edərsə qırışlar, ləkələr və ən əhəmiyyətlisi dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır. Çox çimmək və isti hamam dəriyə zərərlidir Uzun və davamlı duş qəbul etmək və suyun çox isti olması dərinin ehtiyacı olan yağı azaldır. Odur ki, mütəxəssislər qəti olaraq uzun müddətli, çox isti və tez-tez duş qəbul etməməyi tapşırır. Çalışın, qısa müddətə və ilıq su ilə duş qəbul edin. Əks halda dərinizin ehtiyacı olan yağı azaldırsınız və dəriniz daha quru olur, xarici faktorlara qarşı daha həssas hala gəlir. Nəticədə asanlıqla dəri xəstəlikləri meydana gəlir. Sərt sabunlar yerinə yumşaq təmizləyicilərə üstünlük verin. Təmizlik məqsədi daşıyan maye vasitələr və yaş dəsmal istifadə etməyin. Çünki bütün bunlar da dərinin yağını-nəmini azaldar.. Kişilər üçün! Xanımlarla yanaşı, kişilər də dərilərini qorumalıdırlar. Məsələn, təraşdan sonra krem istifadə etməlidirlər. Ümumiyyətlə, tükün çıxma istiqamətində təraş olunmasına diqqət göstərmək lazımdır. Dəsmalı üzə sürtmədən, qıcıqlandırmadan, yüngül hərəkətlə dərinizi qurulayın. Sonra dəri quruluşuna və tipinə uyğun nəmləndirici krem çəkin. Hər cür krem və bitki mənşəli məhsulların dəriyə tətbiqi zərərləri ola bilər. Bitki təbiidir, ona görə zərərsizdir deyə düşünməyin. Heç təxmin edə bilməyəcəyiniz şəkildə dərinizdə ləkə, qızartı, allergiya kimi mənfi hallar yarana bilər. Ona görə də dəriyə qulluq məhsullarınızı dermatoloq məsləhəti ilə istifadə edin. Sonda qeyd edək ki, balanslı və sağlam qidalanmaq vacibdir. Bu, təkcə bədən və orqanlar üçün yox, dəri üçün də vacibdir. Bol su içmək şərtdir. Yağsız, zülal ehtiva edən qidalara və tam taxıllara üstünlük verin. Bol təzə meyvə-tərəvəz yeyin. Ən əsası isə, stress dəriyə çox zərərlidir. Ona görə də ilk növbədə stressdən uzaq durun.
↧
Mikrobları, qurdları və xərçəng hüceyrələrini öldürən ədviyyat. RESEPTLƏR..
Mixək çox güclü müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir. Elmdə çoxdan sübut olunub ki, mixək bir çox mikroblara, göbələklərə və qurdlara öldürücü təsir edir. Bundan əlavə mixək güclü xərçəngəleyhinə təsirə malikdir. Mixək spazmları azaldır, yaraların sağalmasını tezləşdirir, köpdən azad edir, orqanizmi tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Güclü iltihabəleyhinə təsirə görə mixək orqanizmdə olan müxtəlif iltihablar zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər. Mixək effektli profilaktik vasitədir. Soyuq fəsillərdə bu ədviyyatın köməyi ilə siz özünüzü bir çox soyuqdəymə xəstəliklərdən və iltihablardan qoruya bilərsiniz. Stomatit və badamcıqların iltihabı zamanı mixəyi (2-3 ədəd) həvəngdəstədə əzin, balla qarışdırın və bu qarışığı ağız boşluğunda tam əriyənə qədər saxlayın. 3-4 mixəyi əzin, yarım stəkan isti suda (qaynar yox!) 30 dəqiqə ərzində dəmləyin, süzün və angina zamanı qarqara üçün istifadə edin. Həmçinin belə dəmləmə köp və qarında spazmlar, qadınlarda menstrual ağrıları zamanı çox yaxşı kömək edir. Bu məqsədlə dəmləməni gün ərzində 1-2 dəfə qəbul edin. Mixəyin balla qarışığı uşaqlara qurdəleyhinə dərman kimi vermək çox yaxşıdır. Çay dəmlədikdə çaydana 2-3 mixək atın. Mixəkli çay qripp və soyuqdəymə xəstəliklərinin qarşısını almağa kömək edəcək. Ağız qoxusu, damaq problemləri, diş ağrısı zamanı mixəyi çeynəmək yaxşıdır. Mixək ağız boşluğunda mikrobları öldürün, nəfəsi təravətləndirir. Bronxit zamanı 2-3 mixəyi əzin, üzərinə isti süd tökün, 20 dəqiqədən süzün və ilıq halda için. Bu vasitə nəfəs yolları çox yaxşı təmizləyir, iltihabı azaldır.
↧
↧
Qadınların həzz nöqtələri...
Fransada aparılan araşdırma nəticəsində məlum olub ki, qadınların vücudu cinsi əlaqə zamanı daha həssas, daha zəif olur. Bu səbəbdən də cinsi münasibəti daha canlı, yaddaqalan etmək vəzifəsi kişinin üzərinə düşür. Bəs qadın bədəninin ən həssas nöqtələri hansılardır? 1. Araşdırmalar belə deməyə əsas verir ki, seksdə ən əhəmiyyətli bölgələrdən birincisi beyindir. Beyniniz seksə nə qədər hazırdırsa, fiziki cəhətdən də özünüzü o qədər hazır hiss edirsiniz. Şəhvət dolu baxışlar, seksə dəvət edən, amma kobudluqdan uzaq olan sözlərlə siz qadınınızı bu barədə düşünməyə vadar edə bilərsiniz. Buna görə də hər şeydən əvvəl siz sözlərinizlə, baxışınızla onu beynində seks yaşamağa vadar etməlisiniz. 2. Digər bir həssas nöqtə- saçlar. Qadının saçları toxunulmağa, oxşanmağa qarşı çox həssasdır. Buna görə də, əziz kişilər, ona isti nəfəsinizi hiss etdirəcək qədər yaxın olmağınız və saçlarına yumuşaq hərəkətlərlə toxunmağınız qadınınızı başdan çıxarır. 3. Qadınlar boyunlarının öpülməsindən zövq alırlar. Sevişməyə yeni başladığınız zaman boynundan xəfifcə öpülməsi qadınların seksə olan marağını daha da artırır. Amma bunun da bir həddi var. Çox uzun müddət qadının boynunda öpməyiniz onu sizdən soyuda və keçirəcəyiniz gecə ilə bağlı bütün planlarınızı alt-üst edə bilər. 4. Kürək, bel nahiyəsi kişinin seks zamanı ən son ağlına gələn hissədir. Amma xəbəriniz olsun ki, bu nayihə qadınların ən başlıca zövq nöqtələrindən hesab edilir. Hətta qadınlar kürək masajı ilə başlayan gecəni daha təhrikedici hesab edirlər. 5. Dodaqlar qadınlarda olduqca həssas nöqtələrdən hesab edilir. Hələ ki, bu dodaqlara əvvəlcə incə əl hərəkətləri ilə toxunub sonra öpməyiniz onların ağlını başından alır. 6. Heç bir qadın onun sinəsindən öpməyinizə, toxunmağınıza qarşı diqqətsiz qala bilməz. Bu üsuldan istifadə etdiyiniz vaxt tez zamanda "layiq olduğunuz nəticə”ni görəcəksiniz.
↧
Kartofun ağciyərə inanılmaz faydası
Ən çox istifadə edilən tərəvəzlərdən olan kartofun ağciyərə olduqca faydası vardır. Kartof antioksidant baxımından zəngindir. Ürək xəstəliklərinə qarşı qoruyucu xüsusiyyəti olan kartof istər ağciyər xərçəngi, istərdə də infarkta qarşı ürəyi qoruyur. Tərkibində olan B6 vitamini sayəsində qanın damarlardan rahat keçməsini təmin edir və ürəyin daha rahat fəaliyyətinə yardımçı olur. Kalium isə qan axını sürətini nizamlayır və ürəyin təbii ritmini qoruyur. Kartof eyni zamanda diabetə qarşı da olduqca təsirlidir. Nişasta nisbəti çox olmasına baxmayaraq şirəsindən istifadə qandakı şəkər miqdarını azaldır. Qeyd etmək lazımdır ki, yeməklərdə ən çox istifadə olunan tərəvəzlərdən olan kartofu qızartma şəklində deyil, yağsız qaynadaraq və ya sobada bişirərək yemək faydalılığı baxımından böyük əhəmiyyət kəsb edir.
↧
Siqaret çəkən insanla bir evdə yaşayırsınızsa...
Con Hopkins Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, siqaret çəkməyən, lakin siqaret çəkən insanlarla birlikdə yaşayan və ya işləyən insanda insultun riski artmış olur Belə passiv şəkildə siqaret çəkən insanlarda insultun riski 50% artır. Bundan əlavə bu insanlarda ürək-damar sistemi xəstəliklərinin, astmanın, infeksiyaların, ağciyər xərçənginin riski də atmış olur. Alimlər siqaret çəkən insanlardan uzaq durmağı, siqaret tüstüsünə məruz qalmamağı tövsiyə edirlər. Siqaret tüstüsü uşaqlar və hamilə qadınlar üçün xüsusilə təhlükəlidir. Beləliklə, siqaret çəkən insan tək öz sağlamlığına deyil, ətrafda olan insanların, ailə üzvlərinin, uşaqların sağlamlığına da ciddi ziyan vurur.
↧