Bildiyimiz kimi, sarıkök qidalara çox gözəl dad və rəng verir. Lakin bundan əlavə sarıkök çox effektli təbii müalicəvi vasitədir Sarıkök qədim vaxtlardan təbabətdə müxtəlif xəstəliklər və pozulmalar zamanı geniş istifadə olunub. Sarıkök çox effektli şəkildə orqanizmi şlaklar, toksinlər, azad radikallar və digər ziyanlı maddələrdən təmizləyir. Sarıkökün daim istifadəsi orqanizmi cavanlaşdırır, xərçəng xəstəliklərin inkişafından qoruyur. Sarıkökün çox güclü antibakterial və antiseptik xüsusiyyətləri var. Sarıkökü hətta "təbii antibiotik" adlandırırlar. Soyuqdəymə, qripp zamanı sarıkökün 1/2 çay qaşığını 1 stəkan qaynar suda dəmləyin, 1 çay qaşığı bal əlavə edin və için. Bu vasitə iltihabı azaldır, orqanizmi isindirir, intoksikasiya ilə mübarizə aparır. Boğaz ağrısı, angina zamanı boğazınızı sarıkökün dəmləməsi ilə yaxalayın (1 çay qaşığı sarıkök + 1 stəkan qaynar su). Bu vasitə boğaz ağrısını və iltihabı azaldır, mikroblarla mübarizə aparır. Damaqlar iltihabı, stomatit zamanı ağız boşluğunuzu sarıkökün dəmləməsi ilə yaxalayın. Bu ilthabın azalmasına kömək edir. Öskürək və bronxit zamanı 1 stəkan isti südə 1/2 çay qaşığı sarıkök əlavə edin, yaxşı qarışdırın və gün ərzində qəbul edin. Sarıkök mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Bizim həzm sistemimizə hər gün müxtəlif ziyanlı maddələr düşür və burada yığılır. Qana sovrularaq bu maddələr orqanizmi zəhərləyir, müxtəlif xəstəliklərin inkişafına təkan verir, orqanizmdə qocalma prosesləri sürətləndirir. Sarıkök bu ziyanlı maddələri yox edir. Bundan əlavə sarıkök mədə-bağırsaq sistemində olan iltihabla mübarizə aparır. Sarıkök köpdən əziyyət çəkən insanlara da yaxşı kömək edə bilər. Sarıkök güclü ödqovucudur. Bu səbəbdən öd daşı xəstəliyi olan insanlara bu ədviyyatdan süi-istifadə etməməlidir. Sarıkök qara ciyər üçün də çox xeyirlidir - qara ciyəri təmizləyir, onun fəaliyyətinə müsbət təsir edir. Sarıkök orqanizmdə gedən mübadilə proseslərinə də çox müsbət təsir edir, qanda şəkərin səviyyəsinin normada saxlamağa kömək edir. Sarıkök qanı təmizləyir, qanın tərkibini yaxşılaşdırır. Anemiyadan əziyyət çəkən insanlar balla sarıkökün dəmləməsindən istifadə edə bilərlər. Sübut olunub ki, sarıkök beyinin fəaliyyətinə çox müsbət təsir edir, yaddaşı və təfəkkürü yaxşılaşdırır. Artrit zamanı da sarıkök çox effektli müalicəvi təsir edir. Müxtəlif xəstəliklərin və pozulmların profilaktikası üçün qidalara və şirniyyatlara tez-tez sarıkök əlavə edin.
↧
Sarıkökün misilsiz faydası
↧
Bu içkinin köməyi ilə ürək tutmalarına son
Həkimlərin tövsiyə etdiyi ürək və damar xəstəlikləri zamanı istifadə edilən resept öz möcüzəvi nəticəsini verir. Bitkilərlə təbii müalicə üsuluna son dərəcə əhəmiyyət verən Rus tibb dünyası, bu düsturu yüzlərlə ildir istifadə edir və son dərəcə müvəffəqiyyətli nəticələr əldə edir. Limon suyu və sarımsaqla edilən qarışıq, damar sərtlikləri, damar yağlanması, damar tıxanıqlıqları və təzyiq kimi problemləri ortadan qaldırır. Evinizdə özünüz edə bilərsiniz! 2 Litr heç su qatılmamış sıxılmış saf limon suyu 40 diş soyulmuş və əzilmiş sarımsaq Ağızı möhkəm bağlanan 2 litrlik qab (2 litrlik su qablarından istifadə edilə bilərsiniz) günəş və gün işığı görməməsi üçün xaricinə alüminium folyo bağlayın. Hazırlanması 2 Litrlik qab ya da şüşəni doldura biləcək qədər limon alın. Limonların sununu yaxşıca sıxıb şüşəyə doldurun. Soyulmuş 40 diş orta boy sarımsağı yumadan və əzərək limonun içinə atıb şüşənin qapağını möhkəmcə bağlayın. 25 gün boyunca normal ilıq bir yerdə saxlayın və hər gün bir neçə dəfə çalxalayın. Təxminən 25 gün sonra sarımsaqların limon suyunun içində əridiyini görəcəksiniz. 25 gün sonra hazır hala gələn qarışıqdan hər səhər nahardan yarım saat əvvəl yarım çay stəkanı için. Bunu hər gün nizamlı olaraq və mümkünsə eyni saatda edin. Bu qarışığın içinə əsla başqa bir maddə (şəkər, duz, dadlandırıcı və s. qatmayın) 100% sübut edilmiş faydaları Bütün damar iltihablarını müalicə edir, tıxanan damarları açır, damar sərtliklərini və hipertəzyiqin qarşısını alır Xolesterol və lipidi salır, zərərli yağların yandırılmasını təmin edir, kilo verdirir (maddələr mübadiləsini sürətləndirib yağların yandırılmasını təmin etdiyi üçün iştahı açır.), bədəndəki şəkər nisbətinini nizamlayır. Böyrək və öd daşlarını əridir, sidik sökdürür, bədəndəki qabarıqlığı yox edir və toxumalarda şiş meydana gəlməsinə maneə törədir. Milli.Az saqlamheyat.az-a istinadən bildirir ki, helycobeacter pylori adlı xora mikrobunu öldürərək mədə və on iki barmaq bağırsağı xorasını müalicə edir. Bütün romatizmal iltihabı önləyir, hər növ romatizma ağrıları dindirir, oynaq səthlərinin yenilənməsini təmin edir və hər cür ağrını kəsir. Beyin hüceyrələri və bütün sinir sistemlərini yeniləyir, sinirdəki hərəkət potensialını təşkil edib irəli-refleks sürətini artırır, iflic və enmə riskini azaldır. Bədənin immunitet sistemini son dərəcə mükəmməl hala gətirir və hər cür allergiyanı, xüsusilə də damar mənşəli və stressə bağlı dəri allergiyalarını kökündən maneə törədir. Xərçəng meydana gəlmələrinə qarşı bütün bədəni qoruyur.
↧
↧
Suya Düşən Telefonu Xilas Etməyin Yolları
Bunları etsəniz telefonun xilas olmaq ehtimalı yüksəkdir! Telefonu suyun içindən çıxaran kimi söndürün. Su telefonun içinə saniyələr içində sıza bilər. Ona görə telefonunuzun zərər görməməsi üçün quruduğuna əmin olmadan açmayın. Batareyadan ayırın! Telefonunuzu batareyadan ayıraraq qısa qapanma ehtimalını ən aza endirin. Ardından salfetka və ya yumşaq dəsmal ilə yavaş-yavaş silməyə başlayın. Əlavə detalları da ayırın. Yaddaş kartı, sim kart və qulaqlıq kimi ekstra detalları da çıxarın. Tozsoran ucu ilə suyu çəkməyə çalışın. Bunu edərkən tozsoranı telefona çox da yaxınlaşdırmamağa diqqət edin! Bu telefonunuza daha çox zərər verə bilər. Fendən istifadə etməyin! Mobil telefonunuzu xilas etmək üçün qətiyyən fendən istifadə etməyin! Bu suyun daha dərinə getməsinə səbəb ola bilər. Təzyiqlə vuracağınız isti hava telefonun bəzi detallarına zərər verə bilər. Düyü ilə dolu plastik paketin içinə qoyun. Bunu etməklə paket, telefonun içindəki bütün suyu özünə çəkərək qurumasına kömək edə bilər. Əgər evdə düyü yoxdursa və ya istifadə etmək istəmirsinizsə, ayaqqabı qutusundan çıxan kağızvari maddədən istifadə edin. Bu da nəmi özünə çəkə bilən bir maddədir. Bütün bu prosedurları 24 saata yaymağa çalışın. Daha tez açaraq telefonunuza zərər verməyin!
↧
Seks terapistlərinin 9 məsləhəti
Yataq otağındakı problemlər ümumiyyətlə cütlərin arasındakı ünsiyyətsizlikdən qaynaqlanır. Seks terapistlerinin 9 maddəlik resepti isə bütün seks problemlərinə həll təqdim edir. Özünüzlə maraqlanın! Yaxşı bir yuxu nizamına sahib olmaq, məşq etmək və stressdən uzaq dayanmaq seks həyatınız üçün də olduqca faydalıdır. Bir çox qadın özünü halsız və yorğun hiss edir. Bu vəziyyətdə də bir müddət sonra seks ediləcək ev işlərindən birinə çevrilir. Özünüzə istirahət etmək və baxım etmək üçün zaman ayırın. Çox daha yaxşı və seksual hiss edəcəksiniz. Seks siyahısı edin! Partnerinizle birlikdə bir seks menyusu meydana gətirin və siyahıya sınamaq istədiyiniz hər şeyi əlavə edin. Bu siyahını meydana gətirərkən heç bir məhdudlaşdırma olmadığını unutmayın. Ardından hazırladığınız siyahıları dəyişdirin. Beləcə bir-birinizdən yataqda nələr gözlədiyinizi dürüst bir şəkildə öyrənə biləcəksiniz. Libidonuzu işlədin! Libidonuz bir maşına bənzər, yəni əvvəlcə maşını necə işlədəcəyinizi tapmalısınız. Erotik romanlar oxumaq ya da öz fantaziyalarınızı yaratmaq işə yaraya bilər. Partnerinizle yaşadığınız ən gözəl təcrübəni düşünün və ipuclarını 5 hissinizi istifadə edərək inkişaf etdirin. Özünüzü sevin ‘Kişiləri təhrik edən şey nədir?' sualına cavabınız gözəl bir bədən isə çox yanılırsınız. Seks terapistleri və əlaqə mütəxəssislərinə görə bir kişini ən çox qadınların özünə inamı təhrik edir. Əgər bədəninizdən razısınızsa və yataq otağında işıqları söndürməyə ehtiyacınız yoxdursa bu həm sizin, həm də partneriniz üçün olduqca təşviq edici. Özünüzü bəyənməz və seksual olmaq üçün ən az 5 kilo verməniz lazım olduğunu düşünsəniz, istər istəməz seks həyatınızı mənfi təsirlərsiniz. Dedektif olun! Seks problemlərinizin təməlində nə yatır? Bu problemin cavabını tapdığınızda problemi anında həll edə bilərsiniz. Bəzən yetişdirilmə tərzindən qaynaqlanan problemlər olduğu kimi əslində sekslə heç əlaqəsi olmayan mövzular da cinsi həyata mənfi istiqamətdə təsir edə bilir. Yoldaşlarınıza açılın! Yataq otağınızda olan bitəni açıqlığa qovuşdurmaq üçün yoldaşlarınızla danışmağı sınaya bilərsiniz. Yoldaşınızla edəcəyiniz kiçik bir söhbət belə seks həyatınızda nəyin səhv getdiyini anlamanıza çata bilər. Köhnə üsulları sınayın! Bəzilərimizin seks rejiminə girməsi üçün daha xüsusi bir səyə ehtiyacı var. Romantik öpüşlər və isti toxunuşlar həyəcanlanmanıza köməkçi ola bilər. Seks terapistleri cinsiliyi başlayıb bitirməniz lazım olan bir vəzifə kimi görməməniz lazım olduğunu söyləyir. İstədiyiniz hər an partnerinizi qırmayacaq bir şəkildə seksı sonlandıra bilərsiniz. Tapşırığınızı edin! Yataq otağında soyuq küləklər əsən cütlərin bir anda bir-birlərinə qarşı dözülməz bir ehtiras hiss etməsi gözlənilə bilməz. Uzun bir müddətdir seks etmir, lakin bir-birinizə qarşı romantik davranışlar sərgiləməkdən imtina etmirsinizsə baş-başa bir az vaxt keçirmək sizə yaxşı gələ bilər. Görüşlər planlaya bilər və yenidən əl-ələ ehtiraslana bilərsiniz. İltifat gözləyin! Əgər partnerinizle uzun müddətdir bərabərsinizsə əlaqənizdə artıq unudulmuş bəzi şeylər ola bilər. Gözlənilməz anlarda özünüzü yaxşı hiss etdirən komplimentlər, gözəl sözlər və kiçik sürprizlər əlaqənizin son mərhələlərində özünə çox yer tapa bilməmişsə partnerinizle yenidən eşqbazlıq etməyi yoxlayın.
↧
Bu qidaları qətiyyən soyuducuya qoymayın
Mətbəxdə hansı qidaların harada saxlanacağı barədə müxtəlif fikirlər var. Bu da təbii olaraq, insanların fikrini qarışdırır. Yeni bir araşdırmaya görə, xüsusilə 10 qidanı qətiyyən soyuducuda saxlamaq olmaz: 1. Pomidor 2. Kartof 3. Soğan 4. Çörək 5. Sarımsaq 6. Yağ 7. Yemiş 8. Banan 9. Qəhvə 10. Bal Gün ərzində, əsasən pomidor və çörəyi soyuducuda saxlayırıq. Bu qidaları soyuducuda saxlayanda qida dəyərlərini itirirlər. Pomidor soyuducuda saxlandıqda yetişməsinin qarşısı alınır və dadının itməsinə səbəb olur. Bu vəziyyət digər meyvə və tərəvəzlər üçün də keçərlidir.
↧
↧
Gündə bir ovuc qoz yesəniz...
Qozun çoxsaylı faydaları haqda müxtəlif məlumatlar var. Yeni araşdırmalara görə isə, həftədə 4 gün bir ovuc qoz yemək və ya qoz yağı istifadə etmək infarkt riskini azaldır. Qozun ürəyə faydalarını təqdim edir. Qoz yemək və ya qoz yağı içmək ürəyi qoruyur. Araşdırmalar göstərib ki, insanlar bir ovuc qoz yedikdən 4 saat sonra qan damarlarının elastikliyi, xolesterol səviyyəsi, qan dövranı yaxşılaşır. Qozun və qoz yağının ürəyə faydalarını sübut edən araşdırmaların nəticəsi qozun bizi ürək-damar xəstəliklərindən qoruduğunu ortaya qoyub. Amerikalı professor Penny Kris Eterton sağlamlığımız üçün hətta hər gün bir ovuc qoz yeməyə ehtiyac olduğunu bildirib. 3 yemək qaşığı (51 q) qoz yağı qəbul etmək isə qan damarlarının sürətini 4 saat içində inkişaf etdirir. Qoz yağı endotelyal hüceyrələrin sağlamlığı üçün çox faydalıdır. Bu hüceyrələr qan damarlarını inkişaf etdirir və damarların elastikliyində əhəmiyyətli rol oynayır.
↧
Vaginal axıntının rəngi belədirsə diqqətli olun +18
Qadın doğum poliklinikalarındakı xəstə müraciətlərində birinci sıranı meydana gətirər. Vaginal axıntı şikayətlənməsində ümumiyyətlə altda bir xəstəlik söz mövzusu ikən, bəzən fizioloji dediyimiz normal axıntılar da qadınların həkimlərə müraciət etməsinə yol aça bilər. Yəni, hər axıntı mütləq bir xəstəliyi işarə etməyə bilər. Menstruasiya dövrünün müəyyən dövrlərində, şəffaf, qoxusuz, hər hansı bir şikayətlənməyə gətirib çıxarmayan axıntı təbiidir, bir xəstəliyə işarə etməz. Bu cür axıntılar hormonların təsiriylə meydana gələr və özbaşına keçər. Bu cür axıntılar üçün həkimə müraciət etməyə ehtiyac yoxdur. Vaginal axıntıda miqdar, axıntının əhəmiyyətində rol oynamaz. Bəzən tamamilə normal bir axıntının miqdarı çox olub, adamı narahat edə bilər. Vaginal axıntı rəngli (sarı, yaşıl), qoxulu, ağ pendir parçaları şəklində isə, yanma, qaşındı və cinsi əlaqədə narahatlığa gətirib çıxarırsa altda bir patojen faktor söz mövzusudur. Əgər axıntı qanlı, ət suyu rəngində isə ağla qadın orqanları xərçəngləri gəlməlidir. Vaginal axıntıda ilk ağla gələn faktor infeksiya meydana gətirən mikroblardır. Daha az nisbətdə rəhm, rəhm ağızı və yumurtalıq kanallarının xərçəngləri ağla gəlməlidir. Axıntının xüsusiyyətləri (rəngi, qoxusu və sıxlığı) bizə xəstəliyin səbəbi haqqında təxminən bir məlumat verə bilər. Məsələn: tricomonas vaginalis infeksiyasında yaşıl-boz, köpüklü bir axıntı, şiddətli yanma qaşıntı varkən, gardnerella vaginalis infeksiyasında pis (xarab balıq qoxusu) qoxulu və boz-ağ rəngli bir axıntı vardır. Göbələk infeksiyalarında isə ağ pendir parçaları şəklində bir axıntı, sıx yanma və qaşındı şikayəti vardır. Yumurtalıq kanallarının xərçəngində ət suyu rəngli bir axıntı və alt qarın ağrısı, rəhm xərçəngində isə menopoz sonrası qanama və ya menstruasiya xarici qanama şəklində özünü müəyyən edər. Rəhm ağızı xərçəngində əlaqə sonrası qanama və ya qanlı axıntı vardır, xəstəliyin irəli dövrlərində bu qanlı axıntı pis qoxulu hala dönər. Yəni axıntıdakı pis qoxu mütləq bir patologiyanı ifadə edər. Bakteriya və göbələklərlə yaranan axıntıların hamısında qadınla birlikdə yoldaş müalicəsi lazım deyil. Məsələn: tricomonas vaginalis infeksiyasında yoldaş müalicəsi də lazım olarkən, göbələk infeksiyalarında ümumiyyətlə yoldaş müalicəsi lazım deyil. Axıntı ilə birlikdə kasık ağrısı və istilik yüksəkliyinin olması iç genital orqanlarda da infeksiya şübhəsi oyandırar. Bu vəziyyət dərhal ciddi bir müalicənin başlanmasını tələb edən sağlamlıq problemidir. Yenə qanlı axıntının pis qoxulu olması rəhm ağızı xərçəngini ağla gətirməlidir. Buradakı pis qoxu toxuların harabiyeti səbəbiylədir. Qanlı axıntı ilə birlikdə alt qarın ağrısının olması qadın orqan xərçənglərini ağla gətirməli və dərhal mütəxəssis həkimə müraciət edilməlidir. Yuxarıdakı məlumatlardan da aydın olacağı kimi əslində axıntı bir çox xəstəliyi yoxlamamızı təmin edən bir əlamətdir. Bu səbəblə ağ, şəffaf, qoxusuz axıntılar xaricindəki bütün axıntılarda dərhal bir həkimə müraciət etməli və lazımlı müalicələri tətbiq etməliyik.
↧
Ağız qoxusu probleminin çarəsi ..
Ətrafdakılara da narahatlıq verən ağız qoxusu burun, ağız, tənəffüs yolu və mədə xəstəlikləri nəticəsində ortaya çıxa bilər. Eləcə də çürük dişlər, diş əti infeksiyaları, xroniki badamcıq vəzisi iltihabı, xroniki bronxit, ağciyər xəstəlikləri, xroniki qastrit və ağız boşluğu xəstəlikləri ağız qoxusuna yol açır. Bəziləri qəbizliyin də ağız qoxusuna səbəb olduğunu deyir. Amma belə deyil. Mütəxəssislər ağız qoxusundan xilas olmaq üçün bəzi bitkilərin müsbət təsirlərini olduğunu bildirir. Ağız qoxusunu aradan qaldıran bitkiləri təqdim edirik. Kərəviz Bir litr suya kərəviz yarpağı qatıb qaynadılır. Bir müddət sonra süzüb gün ərzində qarqara edin. Acı yovşan Bir fincan qaynar suya yarım çay qaşığı acı yovşan otu töküb soyuduqdan sonra süzərək səhərlər qarqara edin və tüpürün. Zəncirotu Həvəng dəstədə döyülərək toz halına gətirilən bir ovuc zəncirotu kökünü bir litr suyun içinə atıb qaynadın. Sonra süzüb gün ərzində fasilələrlə 3 fincandan çox olmamaq şərti ilə için. Sürünən dirçək Bir litr suyun içinə bir ovuc nazik doğranmış sürünən otunu əlavə edib dəmləyin və qarqara şəklində istifadə edin. Ənginar Bir litr suya bir ovuc doğranmış ənginar qatıb qaynadın. Sonra suyunu süzüb qarqara edilib. Bağayarpağı Bir litr suyun içinə bir yemək qaşığı nazik doğranmış bağayarpağı, biyan kökü qatıb dəmləyin. Sonra süzərək gün ərzində fasilələrlə 2-3 fincan için. Turp Bir litr suyun içinə bir yemək qaşığı sürtgəcdən keçirilmiş qırmızı turp qabığı və bir ovuc sünbül qatılıb qaynadılır. Süzdükdən sonra qarqara şəklində istifadə edilir. Badam+bal Həvəngdəstə ilə öyülən badam bal ilə qarışdırılıb ac qarına bir çay qaşığı yeyilir. Tarhana Bir çay qaşığı tarhananı ağızda bir neçə dəqiqə çeynəyib udun.
↧
Gün Ərzində Daha Gümrah Olmaq Üçün Fərqli Yuxu Metodu
"Çox fazalı" yuxu tez-tez Renesans dövrünün əfsanəvi sənətkarı Leonardo da Vinci ilə asosasiya olunur. Plan gecə yuxusunu gün ərzində hissələrə bölərək çox fazalı hala gətirməkdir. İnsan gün ərzində, işləmək üçün ən produktiv və yaradıcı vaxtı yuxudan oyandıqdan sonrakı saatlardır. Həmin müddət insan iş görmə potensialının zirvəsinə çıxır. Beləliklə siz yuxunuzu hissələrə bölərək bütün gününüzü daha produktiv etmiş olursunuz. Bəlkə də Leonardo da Vinci, yaradıcılığına daha çox vaxt ayıra bilmək üçün yuxu ilə bağlı fərqli strategiyalara ehtiyac görüb.da Vinci metodu: Hər 4 saat üçün 15 dəqiqə yataraq gün ərzində sadəcə 1.5 saat yatmaq.
↧
↧
Əlinizi çimdikləyəndə bu, baş verirsə, deməli... - FOTO
Dünya əhalisinin yarısından çoxu özünün də xəbəri olmadan bədəni susuz qalır. Susuzluq, müxtəlif sağlamlıq problemlərinə gətirib çıxarır. Bəs orqanizmin susuz qaldığı necə başa düşmək olar? Orqanizminizin susuz qaldığını göstərən başlıca əlamətləri təqdim edir. Susuzluq hissi Ağız quruluğu Yorğunluq Narahatlıq və həssaslıq Tünd sarı rəngli sidik Dəridə quruluq Qəbizlik Huşunu itirmək Baş ağrısı Ağız qoxusu Şirniyyat istəyi Əzələ ağrıları Sürətli ürək döyüntüsü Sürətlə nəfəs alıb-vermək Ətrafa boş-boş baxmaq Aşağı təzyiq Dəridə həddən artıq quruluq və çatlar Şiddətli baş ağrısı Çox tünd rəng sidik və ya sidikdən çox pis qoxu gəlməsi İsti havalarda da tərləməmək Əlinizin üstünü çimdikləyin. Dəriniz dərhal əvvəlki halına qayıdırsa, bədəniniz susuz deyil. Dəriniz bir müddət o şəkildə qalırsa, deməli, orqanizmin suya ehtiyacı var. Gündə nə qədər su içilməlidir? (Çəkiyə görə suyun miqdarı) 9 kq: 0.25 litr 18 kq: 0.5 litr 27 kq: 0.75 litr 36 kq: 1 litr 45 kq: 1.25 litr 54 kq: 1.5 litr 63 kq: 1.75 litr 72 kq: 2 litr 81 kq: 2.25 litr 90 kq: 2.5 litr 99 kq: 2.75 litr 108 kq: 3 litr 117 kq: 3.25 litr İnsan vücudunun 60-80 faizi sudan ibartədir. Kifayət qədər su içməyəndə qanda suyun miqdarı 8 faiz azalır. Bu, damarlarımız daralmasına, qan laxtalanmasına və yüksək təzyiqə səbəb olur. Ürək xəstəlikləri və infarkt riskini artırır. Hüceyrələr arası boşluqlarda 26 faizə qədər su azalır. Bu, turşu səviyyəsində artıma, böyrək daşlarına, sümüklərin əriməsinə və immunitet sisteminin zəifləməsinə gətirib çıxarır. Hüceyrələrdə də suyun miqdarı normadan 66 faiz aşağı düşür. Bu isə yüksək xolesterin, zəif metabolizm və dərinin tez qocalmasına səbəb olur. Susuz qalan hüceyrələr yağı effektiv şəkildə yandıra bilməyəcək. Bu halda köklük qaçılmaz hal alır.
↧
Diş məcunu nələrə qadir imiş... - Mütləq oxuyun!
Sadəcə diş fırçalamaqda istifadə etdiyimiz məcun əslində bir çox işlərdə bizim ən yaxşı köməkçimiz ola bilər. • Tüstüdən, siqaretdən saralmış dırnaqları diş məcunu ilə fırçalasanız, ləkələr yox olacaq. • Çuğun tavalardakı ləkələri də diş məcunu vasitəsilə təmizləmək mümkündür. • Adi yanıqların üzərinə diş məcunu çəkmək, yaraya su toplanmasının qarşısını alacaq. Amma açıq və dərin yaralara əsla tətbiq etmək olmaz. • İdman ayaqqabılardakı bəzi ləkələrin çıxarılmasında diş məcunu ən yaxşı vasitələrdəndir. • Sızanaqın üzərinə axşam yatmamışdan əvvəl kiçik bir hissə diş məcunu çəksəniz, səhərə kimi qızarıqlıq və şişkinlik qalmayacaq. • Dəniz eynəkləriniz daima buxarlanırsa, onda eynəyi diş məcunu ilə silib, daha sonra su ilə durulayın. • Xalçalardakı ləkəni təmizləmək üçün diş məcunundan istifadə edin. Diş məcununu ləkənin üzərinə töküb sürtün. Daha sonra yaş dəsmalla təmizləyin. Xalçanın rənginin çıxmamasından əmin olmaq üçün əvvəlcə kiçik bir hissədə yoxlayın. • Ayaqqabının parıldaması üçün diş məcununu pambıq parça vasitəsilə ayaqqabıya tətbiq edin. Daha sonra qalıqları təmiz bir bezlə təmizləyərək, krem çəkib daha parlaq ayaqqabılara sahib ola bilərsiniz. • Uşaqların divara çəkdikləri boyanı silmək üçün diş məcunu ən yaxşı vasitədir. • Aynaların buxarlanmaması üçün bir az suda bir qədər diş məcununu həll edərək, pambıq bezlə aynanı silin. • Yumşaq mebel üzərində meydana gələn ləkələri çıxarmaq üçün diş məcunundan yararlanın. • Divara hər hansısa bir şəkil yapışdırmaq üçün diş məcunundan istifadə edə bilərsiniz. Yapışdırıcıdan fərqli olaraq, şəkil çıxarıldıqdan sonra nəm bezlə silərək, ləkəni təmizləmək asandır. • Qızıl, gümüş, almas kimi zinət əşyalarını parıldatmaq üçün diş məcunu çəkib, pambıq bezlə ovun. Daha sonra ilıq su ilə durulayın. • Əllərinizdəki balıq qoxusunu təmizləmək üçün bir kiçik hissə diş məcununu əlinizə sürtün. Daha sonra su ilə durulayın. • Fincandakı çay və qəhvə ləkəsi üçün diş məcunu yetərlidir. Süngərin üzərinə diş məcunu töküb fincanı sürtün. Ləkələr təmizlənəcək. • Su ləkələrini çıxarmaqda da diş məcunu yaxşı vasitədir. • Divardakı mismarı çıxardıqdan sonra diş məcunu ilə yaranan boşluğu doldurun. Üzərindən isə boya tətbiq edin. • Əmzik və süd şüşəsindəki süd qalıqlarının yaratdığı pis qoxudan yaxa qurtarmaq üçün diş məcunundan yararlanın. Şüşəyə bir qədər məcun töküb su əlavə edərək, 5 dəqiqə çalxalayın. Əmziyi isə məcun sürtərək, fırçalayın. Nəticə mükəmməl olacaq. • Ən əsası hər gün təxirə salmadan, gün ərzində 3 dəfə dişlərinizi diş məcunu ilə fırçalayaraq, daha bəyaz, çürüksüz və sağlam dişlərə sahib ola bilərsiniz.
↧
Həkimlərdən XƏBƏRDARLIQ: Onları bədəninizə vurmayın
İnsanın stressini duşdan başqa nə ata bilər və orqanizmi hamam kisəsi ilə masajdan daha yaxşı nə canlandıra bilər? Dünya həkimləri və dermatoloqları bununla razılaşmağa tələsmir. Aparılan araşdırmalarda məlum olub ki, lifli hamam kisələri orqanizmə xeyirdən çox zərər verir. "Journal of Clinical Microbiology" elmi və tibbi jurnalında çıxan məqaləyə görə, adi torlu və lifli hamam kisələri bakteriyaların çoxalması üçün münbit şərait yaradır. Axı bizim əksəriyyətimiz duş qəbul etdikdən sonra kisəni rütubətli və isti mühitdə saxlayırıq. Bu da mikroorqanizmlərin yaranmasına və inkişafına gətirib çıxarır. Nəticə etibarı ilə növbəti dəfə kisələnəndə bakteriyalar dəriyə hopur. Bu da müxtəlif növ dəri iltihablarına səbəb olub. Məşhur dermatoloqu Metyu Nayt və onun həmkarlarının 98 faizi məsləhət görür ki, lifli hamam kisələrindən bir aydan çox istifadə etmək olmaz. Odur ki, sevimli aksessuarı bakteriya yuvasına çevirməmək üçün onu duşdan sonra hamamdan kənarda qurudun və vaxtaşırı dəyişdirin.
↧
Gecə yatmazdan 1 saat əvvəl içsəniz...
Hər insanın yuxuya getmək və ya yatmaq rejimi fərqlidir. Elə adam var ki, yatağına uzanan kimi yuxulayır. Eləsi də var ki, saatlarla yerində o yan-bu yana çevrilsə də, yata bilmir. Eləsi də var ki, saatlarla yerində o yan-bu yana çevrilsə də, yata bilmir. Gecəni rahat yatmaq istəyirsinizsə, yatmadan bir saat əvvəl bu sakitləşdirici və təbii içkiləri için. Badam südü Süd sevirsinizmi? Onda özünüzə bir stəkan badam südü töküb için. Fasiləsiz, rahat yuxunun dadını çıxaracaqsınız. Ballı içki Balda olan təbii şəkər bədənin insulin səviyyəsini yüksəldir və triptofanın asanlıqla beyinə girməsinə yardım edir. Çobanyastığı çayı Araşdırmaçılar çobanyastığı çayının sakitləşdirici təsirinin olduğunu deyir. Pişikotu çayı Yüz illərdir yuxusuzluq xəstəliyinin əlamətlərini azaltmaq üçün çarə olan güclü bir bitkidir. Gilənar suyu Gilənar suyunun tərkibində yuxu gətirən hormon olaraq bilinən və bioloji saatı tənzimləyən melatonin yüksək səviyyədə olur. Bananlı "smoothie"İdman edərkən "smoothie"nizin içinə banan da əlavə edin. Həm yatmanıza yardımçı olar, həm də gecə əzələ ağrılarının qarşısını alar. Süd Bir stəkan adi süd həmişə rahatlamağa kömək edir. Həm də stressi azaltmağa yardımçı olan kalsiumla zəngindir.
↧
↧
Kükürdlü sabunun faydaları və istifadəsi
Saçlarımız də dərimiz üçün istifadə ediləcək bir çox təbii vasitələr mövcuddur. Bu vasitələr bitkilərdən və müxtəlif meyvələrdən əldə edilir. Həmin vasitələrdən biri də bitkilərdən hazırlanan sabunlardır. Kükürdlü sabunun ən gözəl xüsusiyyətlərindən biri onun sızanaqları qurutmaq qabiliyyətinə malik olmasıdır. Bu səbəbdən də kükürdlü sabunla yuyulan dəridə akne xəstəliyi əmələ gəlmir. Tərkibində ola kükürd ankenin əmələ gəlməsinin qarşısını almaqla yanaşı onun müalicəsində də effekli təsir gücünə sahibdir. Kükürdlü sabun antiseptik və antibakterial təsirə malikdir. O dəridə mikrob və yağlanma kimi problemlərin qarşısını alır. Bu səbəbdən də kükürdlü sabun dəri üçün ideal müalicə vasitəsi sayılır. Onun xoşagəlməz zəif iyi olsa da, bu iy dəridə qalmır. Sabunun dəri üçün faydaları o qədərdir ki, onun iyi ən arxa planda qalır. Kükürdlü sabunun faydaları: * Dərini təmizləməkdə alternativi yoxdur. * Dərini ciddi və dərindən təmizləyir. * Dəridə olan ölü təbəqəni aparır. * Dərini sığallı edir. * Keratolitik təsiri vardır. * Antibakterial və antimikrob təsirə malikdir. * Dəridəki yağlanmanı aradan qaldırır. * Dərinin yağ və su mübadiləsini normallaşdırır. * Dəridə zərərli mikroorqanizmlərin əmələ gəlməsinin qarşısını alır. * Qara nöqtələri yox edir və yenisinin əmələ gəlməsini əngəlləyir. * Dərinin rahat nəfəsalmasına yardım edər. * Ekzema, sədəf və göbələk xəstəliklərini aradan qaldırır. * Seboreya,vulqaris və rozase kimi xəstəliklərin dəri xəstəliklərinin müalicəsində effekli təsir göstərir. * İsti havalarda dərinin tərləməsini azaldır. Yuxarıda sadalanan effekti almaq üçün kükürdlü sabunda düzənli olaraq istifadə etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, kükürdlü sabundan dərisi quru olan adamlar istifadə edərkən çox diqqətli olmalıdrlar. Çünki bu sabun dərinin quruluğunu daha da artıra bilər.
↧
Balığın təzə olduğunu necə bilək? - QAYDALARI
Dənizdən gələn vitamin və minerallar bizə sağlamlıq bəxş edir. Dənizdən gələn sağlamlıq isə ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Sümüklərin əriməsinin qarşısını alır, zehni açır, yaddaş itkisi, unutqanlığa qarşı effektiv olur. Saçları və dərini qidalandırır. Gözlər üçün isə əvəzolunmaz faydası var. Qısası, balığın sağlamlığa faydaları saymaqla bitmir. Mütəxəssislər həftədə ən az iki gün balıq yeməyi məsləhət görür. Ancaq balığın da bu faydalarından yararlana bilmək üçün bəzi vacib detalları bilmək lazımdır. Balığın təzə olduğunu necə anlamaq olar, necə bişirmək daha faydalıdır? Toxluq hissi verir Balıq doymamış yağ olan Omega 3-lə zəngindir. Omega 3 yağ turşuları ürək-damar xəstəliklərinə qarşı qoruyucudur. Menopauza dövründə olan qadınlar arasında aparılan bir araşdırmanın nəticələrinə görə, həftədə 5 dəfə və ya daha çox balıq yeyən qadınlarda infarkt riski yüzdə 30 daha az görülüb. Balıq tərkibindəki Omega 3 sayəsində zehni açır, unutqanlığın qarşısını alır. Beyin siniri və sinir sisteminə də müsbət təsir edir. Fosfor və A vitamini ilə zəngin olması isə göz degenerasiyalarının qarşısını alır. Tərkibindəki kalsium sayəsində sümük əriməsinin qarşısını alır. Proteinlə zəngin olan balıq toxluq hissi verir. Balığı nə ilə yeməli? Balığın yanında ənənəvi olaraq çuğundur yarpağı yeyilir. Ancaq çuğundur yarpağı balığın tərkibindəki kalsiumun bədən tərəfindən əmilməsinii minimum ölçüdə azaldır. Ona görə balıqdakı kalsiumdan yararlanmaq üçün çuğundur yarpağı ilə eyni vaxtda yeməyin. Balığa limon da sıxın. Limonun tərkibindəki antioksidantlar və C vitamini balıqdakı Omega 3-ün bədəndəki istifadəsini artırır. Balıq boyatdırsa, qatıq yeməyin Balıq boyatdırsa, tərkibindəki histamin maddəsi çoxalır. Histaminin çox olması da bədənə toksiki təsiri artırır. Qatıq proteinində olan histamin də boyat balıq yeyildiyində yüksək miqdarda olan histamini daha da yüksəldir. Buna görə balığın yanında qatıq yemək olmaz deyirlər. Ancaq balıq təzədirsə, qatıq və yaxud digər süd məhsulları yeməkdə problem yoxdur. Təzə balığı necə seçək? Balığın gözünə baxın. Gözü canlı və bayıra doğru dombalmış olmamalıdır. Pulcuqlarına toxunun. Canlı və parlaq olmalıdır. Pulcuqları toxunanda düşməməlidir. Balığın quyruğundan tutun. Dik tutanda əyilmirsə, deməli, balıq təzədir. Balığın qəlsəmələri qırmızı və canlı olmalıdır. Balıqdan dəniz qoxusunun gəlməsi təzə olduğuna işarədir. Balığın dərisinə barmağınızla basanda yenidən əvvəlki vəziyyətinə qayıdırsa, deməli, balıq təzədir. Balıq necə bişirilməlidir? Qızartmayın. Qızardanda istiliyin təsirindən tərkibindəki proteinlər keyfiyyətini itirir. Buna görə balığı azca sulu edərək, çox qızartmadan bişirin. Buxarda bişirin. Balıqlar kiçik olarkən daha çox qızartma üsulundan istifadə olunur. Buxarda bişəndə tərkibindəki vitamin və minerallar bişmə suyuna keçməyib balıqda qaldığı üçün buxarda bişirin. Balıq təkbaşına ləzzətli bir qidadır. Limonlu və tərəvəzli souslarla bişirə bilərsiniz.
↧
Hər gün 5 alma çəyirdəyi yeyin - İNANILMAZ FAYDALARI!
Alma çəyirdəkləri möcüzəli məhsuldur. Bu kiçik çəyirdəklərin tərkibində bir çox nadir faydalı maddələr var. Bu səbəbdən həkimlər almanı bütov şəkildə qabıqlar (onlar da çox faydalıdır) və çəyirdəkləri ilə birlikdə yeməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, gün ərzində 5-6 alma çəyirdəyi yemək olar. Bundan çox olmaz. Məsələ burasındadır ki, onların tərkibinə sianid turşusu daxildir. Sianid turşusu güclü zəhərdir və çoxlu miqdarda orqanizmə daxil olunduqda zəhərlənməyə səbəb ola bilər. Alma çəyirdəklərin faydaları: - Alma çəyirdəklərinin tərkibində nadir xərçəngəleyhinə təsirə malik olan B17 vitamini var. Həmçinin bu vitamin yorğunluğu azaldır. - Alma çəyirdəkləri yodla zəngindir. Bu mineral qalxanvari vəzinin fəaliyyətində əsas rol oynayır. Yod çatışmazlığı zamanı qalxanvari vəzinin fəaliyyəti pozulur. - Alma çəyirdəkləri kaliumla zəngindir. Kalium ürək-damar sistemi üçün ən vacib olan mineraldır. - Alma çəyirdəyində fol turşusu var. Fol turşusu qanın tərkibini yaxşılaşdırır. - Alma çəyirdəkləri dərinin vəziyyətinə çox müsbət təsir edir. Bu səbəbdən alma çəyirdəyi ekstraktı tez-tez cavanlaşdırıcı maskaların tərkibinə daxil edilir.
↧
Xalda bu kimi dəyişikliklər görəndə, dərhal həkimə müraciət edin!
İri, qabarıq xallar onkoloji baxımından çox təhlükəli sayılır. Onların melanomaya (dəri xərçəngi) çevrilməsi riski yüksək olur. Bu səbəbdən sizdə belə xallar varsa, onlara daim nəzarət edin. Xalda hər hansı dəyişiklik gördükdə vaxt itirmədən həkimə müraciət edin. Bu dəyişikliklər hansılardır? 1. Xalın simmetriyası pozulub. Xalı sanki gözlərinizlə tən ortadan bölün və xalın "hissələrinə" diqqətlə baxın. Əgər hissələr bir birindən fərqlənirsə (asimmetrikdir), bu təhlükəli simptomdur. 2. Xalın kənarları nahamar olub - dalğavari və ya "dişli"şəkil alıb. 3. Xalın rəngi dəyişilib. Əgər xalın rəngi əvvəl açıq-qəhvəyi olubsa, sonra isə dəyişilibsə (boz və ya qara), bu təhlükəli simptom sayılır. 4. Xal birdən-birə böyüyüb. 5. Xalın üzərində çatlar, qabıqlar əmələ gəlib. 6. Xal qanamağa başlayıb.
↧
↧
Bir ailə turşudan zəhərləndi - Necə edək ki, biz də zəhərlənməyək?
Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Ötən gün rayonun Xanərəb kəndində yaşayan Məmmədovlar ailəsinin ikisi az yaşlı uşaq olmaqla 5 nəfər üzvü pomidor turşusundan zəhərlənib. "Qeyd edilən zəhərlənmə hadisəsinin baş verməsinə səbəb, turşunun xarab olması deyil, tərkibindəki batulizm çöpləridir" Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib. Onun sözlərinə görə, tərəvəz məhsulları yaxşı yuyulmaqdıqda, eyni zamanda, onun saxlanacağı qablar yaxşı sterilizə olunmadıqda dediyimiz batulizm çöpləri turşunun tərkibinə öz toksidlərini yayır, bunu yeyən şəxslər də zəhərlənir : "Turşunun tərkibində batulizm çöplərinin olub-olmadığını bilmək olmur. Çünki, o, qoyulan turşunun nə dad, nə görüntü, nə də ki qoxusunda heç bir dəyişikliyə səbəb olmur. Bunu gözlə müəyyən etmək mümkünsüzdür. Bu səbəblə evdə turşu hazırlayarkən diqqətli olmaq tələb olunur". Milli Kulinariya Mərkəzinin (AMKM) direktor müavini Ceyran Əsgərovanın sözlərinə görə, turşu qoyarkən gigiyena və sanitariya qaydalarına əməl olunmayanda çox vaxt zəhərlənmə halları baş verir: "Evdar xanımlar turşunu daha çox qaynatmamağa üstünlük verir. Onlar bu cür etməklə tərəvəzin tərkibində olan vitaminlərin qalmasını istəyirlər. Amma turşunu qaynatmaq onun tərkibində bakteriyaların yaranma şansını minimuma endirir. Turşuların çeşidləri çoxdur. Marinada, duzda, salat kimi hazırlanan və s. Sadəcə bunların yetişmə dövrünü gözləmək lazımdır. Çünki yetişmə dövrü tamamlandıqdan sonra onun yemək üçün zərərli olub-olmamağı aşkara çıxır. Zərərli olarsa, turşu qıcqırır, atır, yaxud da rəngi dəyişir. Elə turşular var ki, orada duzun norması azdır. Duzun norması az olanda onun tərkibindəki sirkənin miqdarını çox eləmək lazımdır. Əksinə, duz çox olanda sirkənin miqdarını azaltmaqda fayda var". Qeyd edək ki, pomidor turşusundan zəhərlənmə nəticəsində Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Məmmədovlar ailəsinin sonbeşiyi - 5 yaşlı Cahid Məmmədovun vəziyyəti ağırlaşıb. O, Səhiyyə Nazirliyinin göstərişi ilə dünən Mərkəzi Klinik Xəstəxanadan iki həkim - anestezioloq və reanimatoloq Bərdəyə ezam olunub. Hadisə nəticəsində zəhərlənərək xəstəxanaya gətirilən 45 yaşlı Könül Məmmədova və 22 yaşlı Pərviz Məmmədovun səhhəti normallaşıb və müalicələri davam etdirilir.
↧
Bel ağrıları zamanı ilk yardım. Həkimlər nə tövsiyə edir ...
İnsanların əksər hissəsi bel ağrıları ilə üzləşir. Bunun əsas səbəbi osteoxondroz və onun fəsadlarıdır. Bel ağrısı ciddi pozulmanın (məsələn, fəqərəarası disk yırtığı, protruziya və s.) simptomu ola bilər. Bu səbəbdən bu vəziyyətdə düzgün hərəkət etmək lazımdır. Əks halda insanın sağlamlığına daha da böyük ziyan vurulacaq. Onurğa sütunu xəstəliklərinin müayinəsi və müalicəsi ilə məşğul olan həkimlər (ortopedlər, vertebroloqlar, neyrocərrahlar) bel ağrısı zamanı bu kimi sadə qaydalara əməl etmək tövsiyə edirlər: 1. Ağrıya dözməyin. Ev aptek qutusunda hər zaman ibuprofen, voltaren, indometasin, aspirin kimi preparatlardan biri olmalıdır. Bu preparatlar belə ağrıları çox tez azaldır. Sadaladığımız dərmanlardan birini qəbul edin. 2. Ağrıyan yerə isti qrelka qoymaq, hər hansı isidən məlhəmdən və s. istifadə etmək olmaz. Bu xəstənin vəziyyətinin ağırlaşmasına səbəb ola bilər. 3. Ağrıyan yeri dərhal hərəkətsizləşdirmək lazımdır. Bunun üçün osteoxondrozun müalicəsində istifadə olunan xüsusi enli kəmərdən və ya kəmər olmadıqda enli şərf və ya şaldan istifadə edin. Ağrıyan yeri bərk sıxıb bağlayın. 4. Daha sonra rahat vəziyyət tapıb uzanın. Böyrü üstə və ya bel üstə uzanmaq olar. 5. Hal hazırda İnternetdə bel ağrısını "azaldan" xüsusi fiziki hərəkətlər haqqında məlumat tapmaq olar. Həkimlər tutma zamanı istənilən fiziki hərəkətləri qəti surətdə qadağan edir. Belə fiziki hərəkətlərin nəticəsində insanda hətta fəqərəarası disk yırtığı əmələ gələ bilər. Əksinə olaraq ağrıyan yeri hərəkətsizləşdirmək lazımdır. Bu ödemin və ağrının daha tez azalmasına kömək edəcək. 6. Hətta müəyyən müddətdən sonra ağrı tam keçərsə, mütləq həkimə müraciət edin və lazım olan müayinələrdən keçin. Bu xəstəliyin erkən mərhələlərdə aşkar olunmasına kömək edəcək.
↧
Nar qabıqlarını qurudun, üyüdün və... XALQ TƏBABƏTİ RESEPTİ
Nar qabıqları güclü antiseptik və qurdqovucu təsirə malikdir. Sizə orqanizmi qurdlardan təmizləmək üçün çox tanınmış xalq təbabəti reseptini təqdim edirik. Nar qabıqları yaxşı yuyulur, qurudulur, qəhvəüyüdəndə üyüdülür. Hazır tozu şüşə qabında sərin quru yerdə saxlayın. Hər səhər qida qəbulundan 30 dəqiqə əvvəl 1 x.q. nar qabığı tozu (uşaqlar üçün 1 ç.q.) 1 ç.q. balla yaxşı qarışdırın, qəbul edin və sonra 1 stəkan su için. Bu vasitə mədə-bağırsaq sisteminə güclü antiseptik təsir edir, qurdları öldürür.
↧