Enerjinizi yüksək səviyyədə saxlamaq və gün ərzində bunu qorumaq üçün yeməklərinizə diqqət etməli və bir neçə saatınızı özünüzə ayırmalısınız. 1.Cardiff universitetindəki araşdırmaya görə, hər gün 40 qr. buğda, qarğıdalı və s. lifləri qəbul etməlisiniz. Çünki,eneji bu cür liflər enerjini artırır və stressi azaldır. 2. Səhərlər duş qəbul edərkən, bir soyuq, bir də isti duş qəbul edin. Əvvəl, ilıq suyun altında dayanın. Ardınca, suyu isidin. Ancaq, başınızı suyun altına salmamağa diqqət edin. 5 – 6 dəqiqə bunu təkrarlasanız, duşdan çıxanda özünüzü daha rahatlanmış hiss edəcəksiniz. 3. Edilən araşdırmalara görə, hər dörd qadından birində dəmir səviyyəsinin aşağı olduğu təyin olunmuşdur. Bu da yorğunluq və halsızlıq yaradır. Buna görə, daha çox dəmir ehtiva edən yaşıl tərəvəz, qurudulmuş meyvə və taxıl qəbul etməlisiniz . 4. Daha çox balıq, toyuq, pendir, paxla və yumurta yeməlisiniz … Çünki, bədən üçün lazımlı omega 3, bu qidalarda var. Balıq yemək, eyni zamanda, bədənin seratonin ifraz etməsini təmin edir. Bu hormon isə, beyindəki xoşbəxtlik mərkəzini aktiv hala keçirir. 5. Gündə 2 və ya 3 litr su içməlisiniz … Harvard universitetində edilən araşdırmaya görə, bu nisbətlərdə su içmək, dayanıqlılığı artırır, stressin azalmasına köməkçi olur. Ancaq, nəzərə alın; çoxu da zərərlidir … 6. Dik durun. Dik durmamaq, əzələlərin sürətli çalışaraq, yorulmasına səbəb olur. Nəfəs almanızı çətinləşdirər. Dik mövqedə ikən daha rahat nəfəs alınır, oksigen ağciyərlərə dolur və beləcə, qanın daha rahat gəzməsi təmin olunur. 7. Edilən araşdırmalara görə, ən sevdiyiniz musiqiləri dinləmək stressi yüngülləşdirir və yorğunluqla daha rahat mübarizə aparmağınızı təmin edir. Buna görə də , gəzərkən, çalışarkən, iş görərkən musiqi dinləenerjiməyi unutmayın… 8. Bayıra çıxın. Səhər oyandığınız zaman edəcəyiniz ilk iş, bayıra çıxmaq olsun. Amerikalı elm adamları, təbii işığın beyni hərəkətə keçirdiyini və seratonin ifraz etməsinə köməkçi olduğunu söyləyir. Bu da xoşbəxtliyinizi artıracaq. 9. Mütləq gün içərisində yatın … Amerikadakı beyin sağlamlığı tədqiqatçılarına görə, 30 dəqiqəlik qısa bir yuxu belə, insanların performansına müsbət istiqamətdə təsir edir. Çalışarkən qısa da olsa gözlərinizi yumub, biraz istirahət edin… 10. Bədəninizin turşu nisbətini tənzimləməyiniz lazımdır. Gərəyindən çox şəkərli qidalar və pendir, turşuya səbəb olur və enerjini udur. Buna görə də, tərəvəz və meyvə salatlarını daha çox qəbul edin. 11. Həkimlər, həyatınızdakı yaxşı şeyləri xatırlamağınız üçün sizi xoşbəxt edən şeyləri bir dəftərə yazmağınızı tövsiyyə edir. Bunları oxuduqca, sizi nəyin xoşbəxt etdiyini daha yaxşı tapa bilərsiniz. 12. Nizamlı yemək yeyin. Yeməklər arasındakı uzun aralıqlar, şəkərin düşməsinə, bu səbəbdən enerjinizin azalmasına səbəb olur. Gündə üç dəfə mütləq yemək yeyin. Gün içərisində banan, qoz-fındıq, qatıq yemək idealdır. 13. Əzələlərinizi hiss edərək enerji təmin edin. Məsələn, iki əlinizi sinə xəttində birləşdirin və bir-birinə doğru itələyin. Arenerjidınca, başınızın üstünə qaldırın və bunu 5-10 dəfə təkrarlayın. 14. Günə, yaxşı bir səhər yeməyi ilə başlayın. 15. Nəfəs alıb vermənin əhəmiyyətini mütləq qavrayın. Dərin nəfəs alıb vermək, nəfəs yolunuzu açacaq və daha çox enerji almağınızı təmin edəcək. Hər saat üç və ya dörd dəfə dərin nəfəs alıb verin … 16. Mobil telefonunuzu söndürün … Qoy, günün bir neçə saatı kimsə sizə çata bilməsin. Lazım olanda, iş və ailəniz üçün istifadə edin … 17. Nizamlı olun. Dağınıqlıq, sizi stressə salacaq. Gərəksiz yerə panikaya qapılsanız, bu stresslə işləriniz yolunda getməyəcək. Bu xaosu yaşayıb stressinizi artırmayın … 18. Addımlarınızı artırın. Daha çox piyada gəzin, daha çox pilləkanla çıxın. Mümkün qədər hərəkətli olmağa diqqət göstərsəniz, qanın sürətli hərəkət etməsini, əzələlərə və orqanlara gedən oksigenin artmasını təmin edərsiniz. Bu da sizi rahatlaşdıracaq. 19. Maqnezium qəbul etməyə diqqət edin. Tərəvəzlərdə, fındıqda və taxıllı çörəklərdə olan bu vitamin sizə gümrahlıq qazandıracaq. 20. Yeməklərdəki enerjinin sürətli sorulmasını təmin edən coenzyme q10, bədənin istehsal etdiyi antioksidandır. Bu fermentin meydana gəlməsini təmin edən yeməklər də brokoli, qəhvəyi şəkər, kəpəkli məhsullar, soya və fındıqdır. 21. Çox kofein və spirt yuxuya maneə yaradır və enerji verən B vitamininienerji əmir. Həftədə bir neçə dəfə 1 və ya 2 qədəh şərabı keçməməyə, çay və qəhvə istehlakını də ən aza endirməyə diqqət göstərin. 22. Kompüterlə işləyərkən mütləq aralar verin. Yapon araşdırmaçılar, kompüter qarşısında çox oturan insanlarda narahat olma halının artdığını, gözlərdə problem yaşandığını və bədən ağrılarının çoxaldığını söyləyir. 23 Və son olaraq zehni mənada rahatlamaq və yenilənmək üçün özünüzə 20 dəqiqə ayırın və bunları etməyə çalışın … İlıq, səssiz bir yerdə oturun ya da uzanın. Üzərinizdə rahat paltarlarınız olsun və gözlərinizi bağlayın. Nefes alıb-verişinizə fokuslanın və nəfəsinizin rahat olmasını təmin edin. Özünüzü çay kənarında, yaşıl çəmənlərin üzərində düşünün. Günəş parlayır, quşlar oxuyur və siz suyun axışını eşidirsiniz. Suyun içində ayağa qalxır, üzünüzü günəşə döndərirsiniz. Günəşin sizi enerjiylə doldurduğunu hiss edirsiniz. Dərin bir nəfəs alıb, bu enerjinin içinizə dolmasını təmin edirsiniz. Bədəninizin və düşüncələrinizin müsbətə çevrildiyini hiss etdiyiniz zaman yavaşca gözlərinizi açırsınız …
↧
Enerjinizi artırmaq üçün 23 tövsiyyə
↧
Sallanmış yanaqlardan xilas olmağın yolları
Yaş, ətraf mühit və qeyri-sağlam qidalanmanın təsiri ilə yanaqlar sallanır. Sallanmış yanaqlardan xilas olmaq üçün Publika.az-ın məsləhətlərinə əməl edin! Üz idmanı İdmanla, sadəcə ayaqları və ya qarnı deyil, üz əzələlərinizi də möhkəmləndirə bilərsiniz. Güzgünün qarşısına keçin və 10 saniyə ərzində gülümsəyin. Hər dəfə 2 saniyəlik fasilələr verərək bunu 10 dəfə təkrarlayın. Daha sonra yanaqları hava ilə doldurub şişirin. Bunu da yuxarıdakı qayda ilə edin. Bunlar cəmi 2 dəqiqə vaxtınızı alacaq. Gündə iki dəfə bu idmanı təkrarlayın. Avokadolu bal maskası Yarım avokadonu iki xörək qaşığı bal ilə qarışdırıb yanaqlarınıza çəkin. 15 dəqiqə masaj edərək maskanı dəriyə yedizdirin. Daha sonra soyuq su ilə təmizləyin. Qatıqlı əzvay maskası 4 xörək qaşığı az yağlı qatığı 2 xörək qaşığı əzvay (aloe-vera) suyu ilə qarışdırın. Əldə etdiyiniz maskanı fırça ilə üzünüzə çəkin. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.
↧
↧
Diş daşlarını yox etməyin üsulları - oxuyun
Qəhvəyi və ya sarı diş daşlarını ev şəraitində də yox etmək olar. Diş daşı çox yayılmış problemdir və müasir stomatologiya bunun aradan qaldırılması üçün bir çox üsullar təklif edir. Lakin bu problemi cibinizə qənaət etməklə ev şəraitində də yox edə bilərsiniz. Ağız boşluğunun xüsusi gigiyenası çox vacibdir. Əgər dişlərə vaxtında qulluq göstərilməsə, diş ərpi, iltihabi xəstəlik, periodontit infeksiyası inkişaf edə bilər. Periodontit infeksiyası zamanı diş nahiyəsində kəskin ağrılar olur, dişə toxunduqda bu ağrılar bir az da artır. Həmçinin, dodaq və yanaqlar şişir, damaq böyüyür, diş tərpənir. Bəzən damaqda, içindən irin çıxan dəlik aşkar olunur. Xoşbəxtlikdən, bu dəhşətli xəstəliyin profilaktikası üçün təbii vasitə mövcuddur! Diş daşını təmizləyən məhlulun reseptini təqdim edir: İnqrediyentlər: 40 qram qoz qabığı 1 stəkan su Hazırlanması: Qoz qabığını 20 dəqiqə ərzində suda qaynadın. Qarışığı süzüb soyumasını gözləyin. 10 dəqiqə diş fırçasını qoz həlimində isladıb dişləri diqqətlə təmizləyin. Bu proseduru diş daşı gedənə qədər gündə 3 dəfə təkrar etmək olar. Nəticəni artıq 2 həftə sonra görəcəksiniz! Ən güclü antibakterial sayılan qoz qabığı mina səthini təmizləməyə kömək edir. Bu prosedur qan axması, damaq xəstəliyindən əziyyət çəkənlər üçün xüsusilə faydalıdır. Belə ki, o, iltihabı sürətlə yox edir.
↧
Səpkiləri və ləkələri yox edən maska
Evdə rahat hazırlayacağınız kök maskası ilə dərinizdəki səpkilərdən və ləkələrdən rahat xilas ola bilərsiniz. WSEMIR.COM maskanın hazırlanma üsulunu təqdim edir: 1 xörək qaşığı bal 2 yemək qaşığı kök şirəsi (rəndələyib suyunu sıxa bilərsiniz) 1 çay qaşığı zeytun yağı, 3 damcı limon şirəsi Bütün vasitələri qarışdırıb üzünüzə sürtün, 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
↧
Gözaltına adi qida sodası vurun - İNANILMAZ NƏTİCƏ
Gözaltına adi qida sodası vurun, nəticə sizi çox təəccübləndirəcək! Bəzən insanlar hesab edirlər ki, ucuz vəsaitələr, ev şəraiində hazırlanmış maskalar dəri problemlərinin öhdəsindən gəlmək iqtidarında deyillər. Lakin bu heç də belə deyil, beləki bir çox alimlər sizinlə qətiyyən razı deyillər. Bu yaxınlarda onlar müəyyən etmişlər ki, sizin dərinizə ən adi qida sodası çox çox kömək edə bilər,hüceyrələrin qorunması, bərpa olunması və sağalmasına kömək edir. İnanın, əgər siz öz üzərinizdə sınasanız , heç də peşman olmayacaqsınız. SaqlamHeyat.az bildirir ki, soda tərkibində olan asitlər sayəsində dəri üzərindəki bakteriyaları yox edərək məsamələri açır və dərinizin nəfəs almasına kömək edir. Dəri təmizliyində istifadə edilən soda dərinizi daha təmiz, duru və parlaq edir. Dəri tiplərinə uyğun olan soda maskası dərinizi təmizləyir və nəmləndirir. Hazırlanması və tətbiqi: 2 xörək qaşığı sodanı çay bardağına qoyun. Barmaqlarınızı soda ilə isladaraq üzünüzə, gğzaltına sürtün və sodanın üzünüzdə qurumasını gözləyin. 15-20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun. Son olaraq dərinizə uyğun nəmləndirici kremdən istifadə edin.
↧
↧
Boyunu uzatmaq istəyənlər oxusun - MƏSLƏHƏTLƏR
İnsanın boyu əsasən genetikadan asılıdır. Lakin müəyyən vasitələrin köməyi ilə orqanizmdə gedən boy atma proseslərinə təsir etmək mümkündür. Orqanizmdə boy atma proseslərinə somatotropin adlı hormon cavabdehdir. Müəyyən vasitələrin köməyi ilə bu hormonun ifrazını artırmaq olar. Nəzərə almaq lazımdır ki, somatotropinin ifrazı insan orqanizmində təxminən 20 yaşa qədər çox olur, daha sonra isə kəskin azalır. Somatotropinin ifrazını artırmaq üçün bu kimi məsləhətlərə əməl edin - Düzgün qidalanın Boy atma proselərinin normal getməsi üçün orqanizmə zülallar lazımdır. Bu səbəbdən rasionda mütləq kifayət qədər ət, balıq, yumurta, süd məhsulları olmalıdır. Yulaf yarması ("gerkules"), qoz-fındıq, bol meyvə-tərəvəz və göyərti də boy atma proseslərinə müsbət təsir edir. Duzlu qidaların, tərkibində çoxlu kofein maddəsi olan içkilərin (kola, enerji içkiləri və s.), şirniyyatların çoxlu miqdarda qəbulu əksinə boy atma proseslərinə mənfi təsir edir. - İdmanla məşğul olun İdman boy atma proseslərini sürətləndirir. Lakin burada söhbət peşəkar idmandan getmir. Peşəkar idmanla məşğul olan uşaq çox yüksək gərginliklərə məruz qalır ki, bu əksinə boy atma proseslərinin ləngiməsinə gətirib çıxardır. Qaçış, üzgüçülük, basketbol, voleybol kimi idman növləri boyatma proseslərinə çox müsbət təsir edir. - Kifayət qədər yatın Boy atma hormonu olan somatotropin gecə saatlarında yuxu zamanı daha çox ifraz olunur. Bu səbəbdən normal gecə yuxusu boy atma prosesləri üçün olduqca vacibdir. Fəal boyatma dövründə uşaq 8-9 saatdan az yatmamalıdır.
↧
İlkin tibbi yardım haqqında nə bilirik? Video
Bəzən insanların yardımsevər niyyəti xeyirdən çox ziyanla nəticələnir. Buna bədbəxt hadisə və ya qəza nəticəsində xəsarət alanlara ilkin tibbi yardım etmək üçün insanların uğursuz müdaxilə cəhdləri də aiddir. İş təcrübəsində bu kimi faktlara çox rast gələn həkim İradə Haciyeva qeyd edir ki, vətəndaşların əksəriyyəti ilkin tibbi yardımla bağlı az məlumata malik olduqca bu cür hadisələr tez-tez təkrarlanacaq: "Son vaxtlar daha çox olur. Avtobus qəzalarında daha çox adam xəsarət aldığına görə, çox adam ora yığışır. Hamı istəyir ki, yardımını əsirgəməsin. Ancaq onlar bilmirlər ki, yüngül bir hərəkətlə daxili qanaxmanı daha da artıra bilərlər. Məsələn, fəqərədə sınıq varsa, o sınığa təsir edə bilərlər, onurğa beynini zədələyərlər. Beyin silkələnməsi varsa, daha da qorxulu fəsad yarada bilərlər". Avropa ölkələrində isə ilkin tibbi müdaxilə etmək vərdişi formalaşdırılıb ki, bu da təhsilin müxtəlif mərhələlərində, ailədə, müxtəlif ixtisaslı müəssisələrdə və sosial çarxlarda təlqin edilən biliklərdən qaynaqlanır.
↧
Yaxşı əhval-ruhiyyə üçün 10 məsləhət
Əgər siz həyatınızda nəyinsə düz getmədiyini, kədərli fikirlərin daha çox olduğunu hiss edirsinizsə, çalışın bu vəziyyətdən tez çıxasınız,çünki bu getdikcə uzana bilər. Bunun öhdəsindən gəlmək üçün yollar axtarın. Bu gün mən bu yolların bir neçəsini sizə təklif edəcəyəm. 1. Həmişə əhval-ruhiyyənizin yaxşı olmasını istəyirsinizsə, özünüzü idarə etməyi öyrənin. Kiçik şeylərə görə inciməyin. Çalışın ki, sizə yaxın olan insanlarla mübahisə etməyəsiniz, onları bağışlayın. Bağışlayaraq siz hirs və qısqanclıq hisslərindən azad olursuz,hansı ki bu ilk növbədə sizi məhv edir. 2. Dünyaya yumor hissi ilə baxmağa çalışın. Hətta əgər siz narahat olur və ya çətin bir vəziyyətə düşürsünüzsə, buna rəğmən gülümsəyin və deyin ki, "Bu da keçəcək”. İnanılmazdı, amma buna həqiqətən inansanız, onda pis şeylər doğurdan da keçəcək. 3. Bütün dünyaya küsərək evdə oturmayın! Əmin ola bilərsiniz ki, küçədə, dostların-tanışların əhatəsində əhval-ruhiyyə pis olmur! Sübut olunmuşdur. 4. Həyatınıza yeniliklər gətirin. Psixoloqlar məsləhət görürlər ki, vaxtaşırı vərdişlərinizi dəyişin, məsələn: təzə hobbiyə başlayın və yaxud geyim tərzinizi dəyişin. Bütün bunlardan sonra həqiqətən əhəmiyyətli dəyişiklikləri özünüz də hiss edəcəksiniz. 5. İstirahət etməyi bacarın! Hansısa çətin işi yerinə yetirdikdə xoş bir şey haqda düşünün. Məsələn dostlarınız və yaxud sevdiyinizlə görüş barədə. 6. Üzgüçülüklə məşğul olun. Su tonus və əhval-ruhiyyənizi qaldıraraq bədənə istirahət etməyə kömək edir. 7. Dayanın və düşünün. Bəzən insanlar düşünməyə vaxt tapa bilmirlər ki,bilsinlər hansı istiqamətdə hərəkət etməlidirlər. Otağınızı müntəzəm təmizlədiyiniz kimi fikirlərinizi, məqsədlərinizi və münasibətlərinizi də qaydaya salmalısınız. 8. Həyata daha asan münasibət bəsləyin. Çalışın ki, diqqətinizi ancaq indi gördüyünüz işə yetirəsiniz. Kiçik nailiyyətlərinizə də sevinin. Həyat kədərlənmək və özünü günahlandırmaq üçün çox qısadır! 9. Perspektiv hissini qoruyun. Həyat özü bir hərəkətdir. Bu gün sizin üçün faciə olan bir şey sabah sizin üzünüzü güldürə bilər. Bəs boşuna demirlər ki, gecənin xeyrindən gündüzün şəri yaxşıdı. 10. Xoşagəlməz şeyləri unudun. "Hərəkət edin ki, sizin hisləriniz də hərəkət etsin”- psixoloq Merlin Dilfort belə hesab edir. Unutmayın ki, siz öz hislərinizə və emosiyalarınıza görə məsuliyyət daşıyırsınız.
↧
Qışa sağlam bankası tədarük edirəm nə aptekə nədə həkimə gedirəm
Nə aptekə nədə həkimə gedirəm İNQREDİYENTLƏR 1 limon 1 layma ( yaşıl limon ) Zəncəfil kökü bir ədəd 200-300 qram balqabaq 200ml.bal Doğrayıb blendirdən kecirin .500 qram hazır olur . Hazır olmuş ərzaqların üzərinə bal əlavə edib bankalara yığırıq
↧
↧
Kişilər bu vitaminləri qəbul etməlidir
Xanımlar, ailənizi və sevdiklərinizin qidalanmasına diqqət göstərdiyinizi bilirik. Onların qidalanma proqramlarında bu vitaminlərin olması böyük əhəmiyyət daşıyır. Doğru və nizamlı qidalanmalar üçün vitamin möhkəmlətməsi çox faydalı olacaq. Onları bu mövzuda istiqamətləndirmək üçün sizə çox iş düşür. Prostat xərçənginin bir nömrəli düşmənidir. Xüsusilə ailə keçmişinizdə prostat xərçəngi hadisəsi varsa hər gün boron qəbul etməlisiniz. Gündə 3 mg kafi olacaq. Yaş irəlilədikcə Q10 miqdarı azalar. Buna görə yaşlılar mürgüləyər və qəbulda çətinlik çəkərlər. Xüsusilə stress yüklü bir işiniz varsa halsızlıq hissinin qabağına keçmək üçün hər gün 100 mg koenzim almalısınız. Oynaqları yağlı tutmaq üçün glukozamine ehtiyacınız var. Xüsusilə idman edərkən özünüzü daha rahat hiss etdiyinizi fərq edəcəksiniz. Nizamlı glokozamin həbi almaq romatizm kimi oynaq xəstəliklərinin qabağına keçər. Folik turşu koenzimle birlikdə yaşlanma təsirlərini bitirər. Alzheimer, folik turşu qarşısında təsirsiz hala gələr. Hər gün 500 mikrogram folik turşu, ən çox kişilərə lazımdır. 200 mikrogram selenyumla xərçəngin bütün təsirlərindən bədəninizi qoruya bilərsiniz. Heç bir vitamin xərçəng qorumasında selenyum qədər təsirli deyil.
↧
Sağlamlığın 8 QIZIL QAYDASI nədir
Sağlamlıq əsl sərvətdir. Təəssüf ki, əksəriyyətimiz bunu sağlamlıqda problemlər əmələ gəldikdə dərk etməyə başlayırıq. Əslində insan orqanizmi çox möhkəm və özü özünü bərpa etmək xüsusiyyətinə malik olan mükəmməl bir sistemdir. Bizdən yalnız bu proseslərə mane olmamaq və bacardığımız qədər kömək etmək tələb olunur. Bu qaydalar arsında: 1. Pis vərdişlərdən imtina edin. 2. Hər gün ən azı 1 saat ərzində bədən tərbiyəsi ilə məşğul olun və ya heç olmasa açıq havada orta tempdə gəzin. 3. Hər gün təxminən 2 l təmiz su için. 4. Hər gün 500 qr meyvə-tərəvəz yeyin. 5. Stresdən uzaq olun. 6. Bədən çəkinizi daim normada saxlayın. 7. Sağlam qidalanın. 8. Kifayət qədər yatın və dincəlin
↧
Hər səhər acqarnına 1 qaşıq yeyin - pəhrizsiz 8 kilo arıqlayın!
Hər səhər acqarnına 1 qaşıq yeyin, pəhrizsiz, idmansız 1 həftədə 8 kq. arıqlayın! Düyü şərq xanımlarının ən çox sevdiyi qidadır. Milli mətbəximizdə düyünü yağ və ətlə bişirmək həddindən artıq kaloriyə səbəb olur. Adi suda bişirilən düyü isə orqanizmi təmizləyir, yağları, duzu və şəkəri özünə hopdurub, orqanizmdən xaric edir. Əgər füsnkar görünüb, incə belə, düz qamətə, arıqlamış baldıra, buxaqsız çənəyə sahib olmaq istəyirsənsə,1 neçə gün bu pəhrizə riayət et. 2 xörək qaşığı düyünü axşamdan isladın, səhər yeməyi əvəzinəbo düyünü yeyin, səhər yeməyə çalışın. Əlbəttə, hamı üçün deyil, bu, bəzən mümkün olmur. Amma adət edirsən. Bu qidanın qəbulundan sonra 3-4 saat heç bir şey yemək olmaz, sonra isə həmişəki kimi qidalana bilərsiniz. Effekt – Möhtəşəm! Əgər bir həftə bu əmələ riayət etsəniz, 8 kq. çəki itirəcəksiniz. Orqanizmin təmizlənməsi gedir ki, həzm sisteminin yaxşı işləməsinə şərait yaradır.
↧
Bir Qadının Sizdən Xoşlandığını Göstərən 10 Hərəkəti
Qadınlar sevdiyi adamların yanında gördükləri davranışları sizlər üçün yığdıq! 1. Əgər bir qadın sizdən xoşu gəlirsə saat başı makiyajını təzələmək üçün tualetə gedər. 2. Yanınızdayken davamlı dodaqlarını yeyər. 3. Sizin yanınızdayken rahat otura bilmir. 4. Sizə davamlı toxunmaq istəyir. 5. Yanınızdayken gülməli olmayan şeylərə belə gülür. 6. Sizi qəşəng bir məşhura bənzədir. 7. Yanınızdayken çox əhəmiyyətli bir zəng gəlsə də baxmaz. 8. Sizi dinləyərkən qaşlarını qaldırır. Bu fərqində olmadan etdiyi bir hərəkətdir. 9. Mühit bir az isti mı oldu. Yanınızdayken bu cümlə çox istifadə edir. 10. İşi olsada arayıb görüşmək istəsəniz sizi geri çevirməz bəlkə buluşcağınız yerə sizdən əvvəl də gedə bilər.
↧
↧
Limonu 4 yerə bölüb otağınıza qoyun: Bu, sizin həyatınızı xilas edəcək Foto
Limonun turş və xoş ətri zehni təzələyir, immunitetə müxtəlif viruslar və xəstəliklər ilə mübarizə aparmağa kömək edir. Lakin bir çox insanlar bu bitkinin faydalı xassələri haqqında xəbərsizdir. Limonun bilinməyən faydaları ilə tanış edir. Limonun ətri zehnə hədsiz dərəcədə müsbət təsir edir. O, nəinki müsbət təsir göstərir, həm də gərginlik və depressiya ilə mübarizə aparmağa kömək edir. Limon ağaclarını elit restoranların yanında ona görə əkirlər ki, bu bitki müştəriyə özünü daha komfortlu və təhlükəsizlik hiss etməyə kömək edir! Limon ətri hər evə sakitlik gətirəcək! Ekspertlər deyirlər ki, limon başının dərisini təmizləmək üçün də ideal vasitədir. Limon piqment ləkələr, çapıqlar və sızanaq kimi bəzi dəri problemlərin aradan qaldırılması üçün də çox faydalıdır. Limonu yarı bölün limon və dərinin problemli hissələrini onunla təmizləyin. Limon qaralmış diz və dirsəkləri ağardır. Bu məhsul dırnaqları ağartmaq üçün də istifadə edilə bilər. Limon asanlıqla bir çox xəstəlikləri sağalda bilər, mədə pozğunluğu və revmatizm, artrit kimi. Odur ki, hər gün limon suyu için! Limon orqaznizmi vəba və malyariya kimi xəstəliklərdən də qoruyur. Bunun izahı isə sadədir. Limon təbii qan təmizləyicidir. Gündəlik limon istifadəsi qocalma əlamətləri də aradan qaldırır. Bu məhsul, A, E, dəmir, kaliun, maqnezium və vitaminlərlə zəngindir. Limonu təbii hava təmizləyici kimi də istifadə edin. Bunun üçün sadəcə, limonu 4 yerə bölüb və yataq otağına qoymaq lazımdır. Limon ətri beyinə siqnallar göndərərək sizi sakitləşdirir, əhval-ruhiyyəni qaldırır və problemlərin öhdəsindən gəlməyə kömək edir. Əgər sizdə astma, allergiya və ya soyuqdəymə varsa, onda sadəcə limon qoxulamaq boğazı və yuxarı tənəffüs yolları təmizləməyə qadirdir!
↧
DİQQƏT ! Evdə civə dağılarsa nə etmək lazımdır?
Civə ilə təmas insan sağlamlığında çox ciddi problemlər yaradır. Orqanizmdə yuxusuzluq,iştah pozuntusu,dərinin qıcıqlanması,gözlərin sulanması,zökəm,hətta yaddaş pozğunluğu kimi hallara da səbəb ola bilər. Civə ilə uzun müddət təmasda olduqda bu,beyin,böyrək,ağ ciyərin və immun sistemin zədələnməsinə gətirib çıxara bilər. Evdə civə dağılarsa nə etmək olmaz: – Süpürgə və lif süpürgədən istifadə etmək. Belə vəziyyətdə civə hissəcikləri parçalanaraq yayılacaq,bundan sonra isə onları bir yerə yığmaq mümkün olmayacaq; – Tozsorandan istifadə etmək. Əgər tozsorandan istifadə olunubsa,civənin yayılmaması üçün onu dərhal atmaq lazımdır; – Civəni kanalizasiyaya tökmək. Bu civənin borularda qalıb insan sağlamlığına böyük zərər vurmasına gətirib çıxarar. – Civə dağılan yerdən uşaqları uzaqlaşdırmalı; – Dərhal pəncərəni açmalı; – Civəni ağac və hamar səthlərdən tez təmizləmək mümkündür; – Xalçaya dağılıbsa,həmin hissəni kəsib atmaq lazımdır. Civəni təmizləmək üçün ilk növbədə şüşə qırıntılarını yığıb plastik paketə qoymaq,ağzını bağlamaq,sonra isə civəni kartonun köməyilə (sudan qəti istifadə etməyin) səliqə ilə paketə yerləşdirib dərhal atmaq lazımdır. Ayrı-ayrı hissələri yığmaq üçün isə skoçdan istifadə etmək olar. Gözlə görünən hissəcikləri təmizlədikdən sonra isə termometrin qırıldığı yerə və ətrafına krem çəkmək lazımdır. Krem çəkilən yerdə qabarcıqlar əmələ gələcək, onlar mütləq yığılmalıdır. Adi işıqla gözdən qaçan civə hissələrini isə fənərlə görmək olar. Istifadə olunan bütün əşyalar tullanmalıdır. Təmizlik işləri bitdikdən sonra pəncərələri açıb ventilyasiyanı qoşmaq və həmin otağa bir sutka girməmək lazımdır. Ertəsi gün döşəməni su ilə yumaq olar. Əgər hansısa bir yerə daha çox civə dağılıbsa, dərhal pəncərəni açın, oranı soyuq saxlamaq üçün kondisioneri yandırın, heç kimə həmin yerə yaxınlaşmağa icazə verməyin, yaxınlıqda ventilyator, tozsoran və ya saç qurudandan istifadə etməyin və dərhal baş vermiş hadisə barədə cavabdeh xidmətlərə məlumat verin.
↧
Dərman lazım deyil: bananı qaynar suyla içsəniz...
Meyvə və tərəvəzlərin insan orqanizminə nə qədər faydalı olmağı barəsində danışmağı davam edir. Əminik ki, bir çoxlarınız banan haqqında sizə çatdıracağımız məlumatı indiyədək bilmirdiniz. Bananda C, B1, B2, PP, E vitaminləri, şəkər, karotin və fermentlər vardır. O, üzvi, xüsusilə alma turşuları, efir yağları və mədə-bağırsaq xəstəliyində faydalı nişasta ilə zəngindir. Kalium bananda xüsusilə çoxdur, belə ki, orta ölçülü bananda onun miqdarı 450 mq-a qədər olur. Banan insan orqanizmində serotonin əmələgətirmə qabiliyyətinə malikdir ki, buna da xoşbəxtlik harmonu deyirlər. Arterial təzyiqi olan adamlara xeyirlidir. Norveç alimləri müəyyən ediblər ki, hər gün 2 banan yeyən adamların təzyiqi aşağı salması üçün dərman tələb olunmur. Qəbizlikdə 150 qr bananın üzərinə küncüt səpib yemək. Bunu 7 gün davam etdirmək. Latın Amerikasında göy öskürəyi və güclü öskürəyi bananla müalicə edirlər. Çox dəymiş 2 ədəd bananı ələkdən keçirtib bu kütlənin üzərinə 1 stəkan qaynar şirin su tökün. Bu içkidən qaynar halda, gündə 1-2 stəkan qurtum-qurtum için.
↧
Rahat yatmaq üçün bunları için - FOTOLAR
Bir çoxları mütəlif səbəblərdən gecələr rahat yatmadığını deyirlər. Yuxu probleminə qarşı faydalı bir neçə üsulu təqdim edir: Bu içkiləri yatmazdan öncə qəbul etmək yuxunu rahatlaşdırır. Badam südü Ballı su və ya çay Çobanyastığı çayı Pişikotu çayı Albalı çayı Sıxılmış banan suyu
↧
↧
Gecələr çılpaq yatmağın 8 faydası - FOTOLAR
Çılpaq yatmağın hansı faydalarının olduğunu bilirsinizmi? Çılpaq yatmağın 8 faydasını təqdim edir.. 1. Daha rahat yuxu tutar 2. Xüsusi bölgələrin rahatlığı üçün ən yaxşı seçimdir 3. Partnyorunuzun xoşuna gələcək 4. Yataqdan qalxmaq daha asan olacaq 5. Gününüz gözəl başlayar və gözəl davam edir 6. Stress atmaq üçün əla vasitədir 7. Yatarkən çəki atarsınız
↧
Diqqət ! Beyni öldürən 10 təhlükəli vərdiş
Beyin insan orqanizminin ən vacib orqanıdır. XXI əsrdə əksər işlər birbaşa zehni əməklə bağlıdır. Belə olan halda, niyə onu qorumuruq? İnsan beynini yavaş-yavaş məhv edən 10 təhlükəli vərdiş var. Siyahı ilə tanış olduqdan sonra onlardan can qurtarmaq öz əlinizdədir. Səhər yeməyindən imtina Səhər yeməyi yeməyənlərin qanında qlükozanın səviyyəsi aşağı olur. Bu da beynin aktivliyini aşağı salır. Normadan artıq qidalanma Bədəndə xolesterinin miqdarı çox olur. Bu da beynin işini ləngidir. Siqaret çəkmə Siqaret çəkən insanların beyin hüceyrələri ölür. Bu da birbaşa beynin fəaliyyətinə təsir edir. Həddən artıq şəkər qəbulu Nə qədər çox şəkər qəbul etsəniz, bir o qədər də zəhərli maddələr və artıq çəkidən əziyyət çəkəcəksiniz. Çirkli hava Bu amil sizdən asılı olmasa da, bilməlisiniz ki, oksigen çatışmazlığı beyin fəaliyyətini zəiflədəcək. Yuxusuzluq Əgər yuxu rejiminə riayət etmirsinizsə, bu, sizin üçün yaxşı deyil. Beyin hüceylərini öldürən ikinci amil yuxusuzluqdur. Narkotik və spirtli içkilər Bu kimi maddələr beynin fəaliyyətini məhv edir. Xəstəlik zamanı işləmək İnsan xəstə olduğu zaman zehni əməklə məşğul olursa, bu, beynə mənfi təsir edir. Çünki xəstəlik zamanı orqanizm bütün resurslarını məhz xəstəliklə mübarizəyə yönəldir. Belə olan halda, beyin lazimi qədər oksigen ala bilmir. Stimul və inkişafın çatışmazlığı Beynə daim inkişaf lazımdır. Gündəlik oturub televizora baxmaq əvəzinə, kitab oxu, krossvord həll et və ya şahmat oynayın. Danışmamaq Danışmaq da beynə birbaşa stimul verən vasitədir.
↧
Möhtəşəm... Sodanın inanılmaz xüsusiyyətləri..
Hər bir mətbəxdə sodanı tapmaq olur. Adətən sodadan müxtəlif şirniyyatların bişirilməsi zamanı istifadə olunur. Lakin adi sodanı bir çox digər sahələrdə də istifadə etmək mümükündür. 1. Soda məişətdə çox effektli yuyucu vasitə kimi geniş istifadə oluna bilər. Sodanın köməyi ilə qabları, şüşələri, kafeli və s. yumaq mümkündür. Bu xüsusilə yuyucu vasitələrə (camaşır tozu, qabyuyan vasitələri və s.) allergiyası olan qadınlar üçün vacibdir. Soda allergiyalara səbəb olmur. Sodanın toksiki xüsusiyyətləri yoxdur. Bu səbəbdən sodanı körpə uşaqların qab-qacaqlarının (əmzikli şüşələr, qablar və s.) yuyulmasında istifadə etmək olar. 2. Soda qıcqırma və gəyirmə ilə mübarizədə çox tez kömək edir. Bunun üçün 1/2 stəkan qaynanmış ilıq suda 1/2 çay qaşığı sodanı həll edin və birnəfəsə için. Qıcqırmanın səbəbi mədənin turşluğunun artmasıdır. Soda mədədə olan xlorid turşusunu neytrallaşdırır və bunun nəticəsində qıcqırma və gəyirmə yox olur. Lakin nəzərinizə çatdıraq ki, bu vasitəni yalnız nadir hallarda və yalnız "təcili tibbi yardım" kimi istifadə etmək olar. Məsələ burasındadır ki, soda mədədə olan xlorid turşusu ilə kimyəvi reaksiyaya girərək, karbon qazı əmələ gəlir. Bunun təsirindən isə mədə şirəsinin ifrazı artır. Nəticədə artıq miqdarlarda ifraz olunan mədə şirəsi mədənin özünü "həzm etməyə" başlayır ki, mədəni daxildən örtən selikli qişasında eroziyalar və xoralar əmələ gəlməyə başlayır. Bundan əlavə sodanı tez-tez qəbul etdikdə, bu orqanizmin turşu-qələvi balansını poza bilər. Qıcqırma və gəyirmə sizi tez-tez narahat edirsə, mütləq müalicə üçün qastroenteroloqa müraciət edin. 3. Boğaz ağrısı zamanı (angina, faringit və s.) soda ilə olan qarqaralar çox yaxşı kömək edir. Bunun üçün 1 çay qaşığı sodanı 1 stəkan qaynanmış ilıq suda həll edin və qarqara edin. 4. Ayaqlarınızda köhnə bərk döyənək ("mozol"), dabanlarınızda çatlar varsa, soda ilə ayaq vannaları qəbul edin. Qaynar suya 2 xörək qaşığı soda əlavə edin. Belə vannalar dərini çox yaxşı yumşaldır. Daha sonra isə çatlar zamanı dərinizi daban daşı ilə yaxşı sürtün və vazelin çəkin, döyənək zamanı ilə xüsusi plastırdan istifadə edin. 5. Diş iltihabı (flüs) zamanı da soda ilə qarqaralar yaxşı kömək edir. 1 çay qaşığı sodanı 1 stəkan ilıq suda həll edin və qarqara edin. 6. Ağcaqanad və digər həşaratların dişləməsi qaşınmaya səbəb olur. Qaşınan yerə soda məhlulunda isladılmış (1 çay qaşığı soda + 1 stəkan su) pambıq qoyun. Qaşınma tez keçəcək. 7. Bəzi qadınlarda antipersperantlardan istifadəsi allergik reaksiyaya səbəb olur. Bu halda da soda kömək edə bilər. Quru təmiz qoltuqaltı nahiyələrinə bir qədər soda sürtün. Bu sizi tər iyindən xilas edəcək. 8. 1 çay qaşığı sodanı 1 xörək qaşığı xama ilə qarışdırın. Bu çox yaxşı skrab və eyni zamanda üz üçün ağardıcı maskadır. Təmiz üz dərisinə çəkin və 15 dəqiqədən sonra masaj xətləri üzrə yüngül masaj edin. Daha sonra ilıq su ilə yuyun.
↧